Əsas səhifə / Manşet / Son dövrlərdə yaranan Mental Orqazm nədir?
Bizi mobildən daha sürətli  izləyin

Son dövrlərdə yaranan Mental Orqazm nədir?

img.php

Bir çox qadın orgazma çatmaq ilə əlaqədar problemlər yaşaya bilir. Əlbəttə seks ya da masturbasya yolu ilə cinsi doyuma çatmaq üçün ilk olaraq öz bədəninizi tanımalı və “orqazm nədir?” sualının cavabını bilmək lazımdır. Orgazm, müxtəlif cinsi xəbərdarlıq kimi beyinə çatan və stimul təsiriylə həm fiziki, həm də ruhi olaraq qəbul edilən bir hissdir.  Bundan əlavə, edilən son araşdırmalara görə,  xüsusilə qadın orgazmında zehni prosesin fiziki hərəkətlərdən  daha əhəmiyyətli olduğu sübut olunub.

Gözəl, romantik və stressiz bir günün sonunda qadınların cinsi doyuma çatmasının daha asan olduğu bilinir. Ancaq “The Science of Orgasm (Orqazm Elmi)” kitabının müəlliflərindən biri olan Dr. Barry Komisaruk, bu düşüncəni bir addım irəli apararaq (Mental Orqazm)  zehni orqazm haqqında yazıb.

Bəs zehni orqazm (Mental orqazm)  nədir?

Heç bir fiziki xəbərdarlıq olmadan, yalnız düşüncə yolu ilə cinsi doyuma çatmağa mental orgazm deyilir. Bu anlayışı ortaya çıxaran Dr. Komisaruk, etdiyi araşdırmada beynin cinsi əlaqə əsnasında çalışan hissələrinin çox az bir efor və hər hansı bir fiziki yardım olmadan bağlanıb-açıla bildiyini ortaya çıxardıb. Bundan əlavə,  xəstələri üzərində apardığı araşdırmada, orqazm olduğu anları düşünən qadınların beynindəki zövq mərkəzinin, orqazm yaşayan bir qadınla eyni şəkildə işlədiyini söyləyib.  Bu araşdırmaların sonunda da qadınların kişilərdən fərqli olaraq, fiziki bir stimula ehtiyac duymadan orqazm ola biləcəkləri sübuta yetirildi.

Mental Orqazmı necə yaşamaq olar?

Dr. Komisaruk araşdırmasında xəstələrinin mental orqazma çata bilmək üçün nəfəs məşqlərindən və cinsi fantaziyalarından faydalandığını söyləyib. Eyni zamanda,  çətinlik çəkən bəzi qadınların Kegel məşqlərindən kömək aldığını,  ancaq bir çox qadının da yuxu zamanı  mental orqazm yaşadığı bildirilir.  Bütün bu variantlar arasında ən əhəmiyyətli nöqtə isə qadının rahat olmasıdır. Zehni orqazma çata bilmək üçün ilk olaraq rahat olacağınız  bir yerə uzanıb, gözlərinizi  bağlayın. Stressdən və pis düşüncələrdən xilas ola bilmək üçün bir neçə dəfə dərin nəfəs alıb verə bilərsiniz.  Yalnız tam olaraq rahatladıqdan sonra orqazma çata bilərsiniz.

 

Qadinklubu.com

 

Buna da baxın

Kişilər hansı qadınları sevmir?

Whatsapp ilə Paylaş Kişilərin hansı qadınları sevmədiyini bilmirsiniz? Qadinklubu.com kişilərin hansı qadınları sevmədiyini təqdim edir. …