Əsas səhifə / Əsas menu / Sağlamlıq / Son vaxtların populyar əməliyyatı – Vagina daraltma nədir?
Bizi mobildən daha sürətli  izləyin

Son vaxtların populyar əməliyyatı – Vagina daraltma nədir?

genital-estetik-serkan-yildirim

Vagina genişlənməsi cinsi həyatda problemlər yaradırmı? Vagina daraltma əməliyyatı nə zaman və necə edilir? Qadınklubu.com qadınların psixologiyasına da təsir edən vagina daraltma əməliyyatı ilə bağlı maraqlı məqamları bölüşür

Vagina – doğuş, artıq çəki, cinsi əlaqə, yaş və hormonlarla bağlı olaraq zamanla genişlənə, deformasiyaya uğraya bilər. Bu vəziyyət isə xanımların həm cinsi həyatında, həm də gündəlik yaşayışında bir çox əhəmiyyətli problemlərə səbəb ola bilər.

Vagina genişlənməsi cinsi həyatda problem yaradır

Vagina genişlənməsi nəticəsində ən çox qarşılaşılan problem cinsi həyatda yaranan mənfiliklərdir. Bu, həm qadın, həm də kişi tərəfindən məmnunsuzluğa səbəb olur. Cinsi həyatda yaşanan bu nadir problem hətta cütlüklərin ayrılmasına da səbəb olur. Vagina kanalının genişlənməsi və elastikliyinin itirilməsi xanımlarda sidik qaçırma şikayətlərinə də səbəb olur.

Vagina daraltma əməliyyatı necə həyata keçirilir?

Qadınların çoxu bundan şikayət etsələr də, qorxu və narahatlıq, əməliyyat sonrası baxım ehtiyacı və ətrafdakılara bildirmək istəmədiklərindən dolayı vagina daraltma əməliyyatı etdirməyə çətinlik çəkirdilər. Ancaq son vaxtlar vagina daraltma ən populyar əməliyyatlar sırasında ön yerlərdən birindədir.

Texnologiyanın sürətlə inkişafı lazerin tibdə də istifadə edilməsinə imkan yaratdı. Yeni nəsil lazer cihazları ilə artıq bir çox estetik və cərrahiyyə əməliyyatları kimi, vagina daraltma əməliyyatını da daha az vaxtda, daha az yan təsirlərlə həyata keçirmək olar. Bu metod sayəsində vagina kanalı içərisinə tətbiq olunan lazer toxumalarda olan kollageni yeniləyir və yeni kollagennin meydana gəlməsini stimullaşdırır. Bu şəkildə “kollajen remodelling” reallaşır və vagina kanalı 20 faiz nisbətdə daralır.

Hər lazer cihazı ilə vagina daraltma əməliyyatı edilə bilməz. Bu əməliyyat 30 dəqiqə davam edir, narkozsuz, ağrısızdır, kəsik olmur və hər hansı bir cərrahi müdaxilə edilmədən həyata keçirilir. Qadın əməliyyat olunan gündən adi həyat tərzini yaşaya bilər.

Buna da baxın

Dişlər və sümüklər üçün ən faydalı meyvə

Whatsapp ilə Paylaş Kinka qabıqlı yeyilə bilən yeganə sitrus meyvəsidir. Orqanizm üçün faydalı olan kinka …