Əsas səhifə / Manşet / Sonsuzluğun təbii müalicəsi – Pant vannaları
Bizi mobildən daha sürətli  izləyin

Sonsuzluğun təbii müalicəsi – Pant vannaları

ad

Maral buynuzundan hazırlanan pant vannaları – insan orqanizminə göstərdiyi bir sıra müsbət təsirlərinə görə məşhurdur.

Qadınklubu.com-un məlumatına görə, sınanılmış qədim təbabət növlərindən biri də Altay təbabətidir. Məhz Altay dağlarında yaşayan əhali Altay maralının buynuzundan hazırladıqları vannalarla müxtəlif müalicələr aparıblar.

Qədim dövrlərdən gələn metodlar bu gün də alternativ tibdə maraqla qarşılanır. Maralın tam sümükləşməmiş buynuzu pant adlanır. Deyilənə görə, pant vannaları 52 xəstəliyin çarəsidir. Məhz buna görə də, dünyaca məşhur insanlar da sağlamlıqlarını qorumaq üçün pant vannalarından istifadə edirlər.

Belə ki, bu vannaların seanslarının qəbulu, müasir həyatın geniş yayılmış problemlərinin həllində faydalıdır.

  • “Xroniki yorğunluq sindromu”-nu aradan qaldırır və insanın ruhi-emosional vəziyyətini yaxşılaşdırır.
  • Orqanizmdə gedən maddələr mübadiləsinin, metabolik proseslərin intensivliyini artırır, bədənin müdafiə qabiliyyətini gücləndirir, damarlarda mikrosirkulyasiyanı sürətləndirir.
  • Ümumən, ürək-qan-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, tonusu yüksəldir və arterial təzyiqi tənzimləyir.
  • Venoz çatışmazlıq və varikoz genişlənmə kimi geri dönməz proseslərin inkişafını zəiflədir.
  • Sidik-cinsiyyət sistemi xəstəliklərinin, məsələn, qadınlarda – klimakterik dövrün pozulması, sonsuzluq, kişilərdə – xroniki prostatitin müalicəsində effektiv təsir göstərir.
  • Kişilərdə ən müxtəlif səbəblərdən əmələ gələn cinsi zəifliyi aradan qaldırır.
  • Osteoxondroz, osteoartroz kimi onurğa və oynaq xəstəlikləri zamanı uzunmüddətli remissiya əldə etməyə imkan yaradır.
  • Müxtəlif travmalar və əməliyyatdan sonrakı bərpa dövründə sağalma prosesini sürətləndirir.
  • Mədə-bağırsaq sisteminin – xora, kolit, bağırsaq pozğunluğu kimi xəstəliklərinin müalicəsində və piylənmə zamanı,
  • Bronxial astmanın bərpa dövründə və bronxitlərin müalicəsində,
  • Kəskin olmayan dövrdə bir sıra dəri xəstəliklərinin – dermatitlərin, dəmrov və ekzemaların müalicəsində geniş istifadə olunur.

Qeyd edək ki, dünyada bu müalicə metodu Altaylardan sonra yalnız ölkəmizdə tətbiq olunur. Beləki, Altay dağlarına getməyə ehtiyac yoxdur. Sadəcə Xızıya üz tutmağı məsləhət görürük.

Buna da baxın

Evinizdəki bu alətlər sonsuzluğa səbəb olur

Whatsapp ilə Paylaş Uşaq sahibi olmamağınıza səbəb evinizdə istifadə etdiyiniz texniki avadanlıqlar ola bilər. Ayrı-ayrılıqda …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir