Əsas səhifə / Əsas menu / Sağlamlıq / Sosial şəbəkə xəstəliyi: FOMO
Bizi mobildən daha sürətli  izləyin

Sosial şəbəkə xəstəliyi: FOMO

education and internet concept - students looking at their phones and tablet pc at school
education and internet concept – students looking at their phones and tablet pc at school

Sosial şəbəkə xəstəliyi: FOMO

“FOMO SİNDROMU” siqarət qədər təhlükəli bir vərdişdir.

Gündəlik həyatımızın əvəzedilməz bir parçası olan sosial şəbəkələr insanlarda fərqli problemlərə səbəb olur. Texnologiyaya duyulan asılılıq “fomo” adlı fobiyanın yaranmağına səbəb olur.
Sosial şəbəkələrin insanlarda yaratdığı asılılıq,bir müddət sonra gündəmdə olan yeni xəbərləri izləyə bilməmək qorxusuna çevrilir. Reem Nevropsixiatriya Mərkəzindən Nevroloq Dr. Məhmət Yavuz mövzuyla əlaqədar öz fikirlərini paylaşıb:
-Sosial şəbəkələr və ağıllı telefonlar artıq gündəlik həyatımızın əvəzedilməzlərinə çevriliblər. İnsanlar artıq bir çox şeyi gerçək həyatda deyil, virtual mühitdə yaşamağı seçirlər. Məhz bu səbəbdən müxtəlif xəstəliklər meydana gəlir. Bir çox insanın yuxusuz qalmağına, davamlı olaraq sosial şəbəkədəki hesablarına nəzarət etməyinə səbəb olan bu fobiya, həyatdan təcrid olunmağa səbəb olur. Fomo xəstəliyində adam internet və ictimai mediada çox vaxt keçirir, virtual dünya ilə əlaqələri kəsildiyində özlərini narahat hiss edirlər. Paylaşdıqları postlara kifayət qədər bəyənmə və ya şərh edilmədiyi zaman psixoloji olaraq depresiyaya düşə bilirlər.
Gündəlik həyatınızda, sosial şəbəkələrdəki hesablarınızda lazımından çox vaxt keçirirsinizsə, fomo sindiromuna tutulmuş ola bilərsiniz.

7_d

Fomo sindromundan xilas olmaq üçün nələr etmək lazımdır?

Sosial şəbəkələrdə keçirdiyiniz vaxtın həyatınıza, yoldaşınıza və ya uşaqlarınızla olan əlaqənizə, hətda ruhi sağlamlığınızı mənfi istiqamətdə təsiri başlayıbsa, tədbir görmək lazımdır. Əslində bu xəstəliyin xilası adamın öz əlindədir.İnsan əvvəlcə bunun virtual bir mühit olduğunu dərk etməlidir. Sosial şəbəkələrdə keçirdiyi vaxtı azaltmalıdır. Lazım gəldikdə, bu mövzuda ətrafınızdakı insanlardan kömək istəyin. Yoldaşlar ilə görüşmək, hobbilər əldə etmək, kinoya ya da teatra getmək, çölə çıxıb gəzmək fomo sindromunu yox etmək üçün doğru addımdır. İnsan bütün bu cəhdlərə baxmayaraq, hələ də bu asılılıqdan xilas ola bilmirsə, mütləq bir mütəxəssisdən kömək almalıdır.

Buna da baxın

Elnurla bağlı Türkiyə mediasından – Şok iddia

Whatsapp ilə PaylaşElnurla bağlı Türkiyə mediasından – Şok iddia Səsi ilə tamaşaçıları valeh edən azərbaycanlı …