Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Quru yeməklər / Sosisli kartof zapekankası
Bizi mobildən daha sürətli  izləyin

Sosisli kartof zapekankası

g

Sosisli kartof zapekankası

Sosisli kartof zapekankasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

5 kartof
4 sosis
2 yumurta
100 q bərk pendir
yağ
göy soğan
qara istiot
duz

Kartofu təmizləyib duzlu suda bişirin. Soyuyandan sonra sürtgəcin iri gözündən keçirin. Çalınmış yumurta əlavə edin. Duz-istiot vurub qarışdırın.

Yağlanmış siniyə döşəyin. Üzərinə xırda doğranmış, yaxud iki bölünmüş sosisləri düzün.

Sürtgəcin xırda gözündən keçirilmiş pendir səpin.

İsti sobada 10-15 dəqiqə bişirin.

Süfrəyə verərkən üzərinə doğranmış göy soğan səpin.