Əsas səhifə / Manşet / Soyuq havada xəstələnməməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Soyuq havada xəstələnməməyin yolları

Soyuq havada xəstələnməməyin yolları2

Xüsusilə yaşlılar, ürək, ağciyər xəstələri, xərçəng müalicəsi görənlər, qaraciyər və böyrək çatışmazlığı olanlar , uşaqlar,  immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli  havalarda daha asan xəstələnir. Qadinklubu.com belə havalarda xəstələnməməyiniz üçün etməli olduqlarınızı araşdıraraq sizlərə təqdim edir.

Çöldə qaldığınız müddətə diqqət edin

Soyuq havada xəstələnməməyin yolları2.jpg3.jpgm

Evdən çıxmamışdan əvvəl nə qədər qalın geyinsəniz də, soyuq havada qalacaqınız vaxtı planlamalısınız.  Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq, mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək tükənir və xəstələnməyə uyğun hala gəlirik.

Tərləmənin qarşısını alan paltarlar seçin

Soyuq havada xəstələnməməyin yolları.jpg4

Bir və ya iki qalın köynək əvəzinə qat-qat geyilən paltarlar  gün ərzində ehtiyac olduqunda, isti mühitlərdə çıxarılaraq temperaturu tənzimləməyə kömək olur. Əks təqdirdə üzərimizdəki  tər çölə çıxdığımızda soyuqlamaqa və əzələ tutulmalarına səbəb ola bilər. Hava keçirməyən parçalardan hazırlanan geyimlər seçim etməyin.

Təcili vəziyyətlər üçün dərmanları yanınızda saxlayın

Soyuq havada xəstələnməməyin yolları.jpg4.jpg5

Yüksək təzyiqi olanların burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlardakı kapilyar damarlarının  soyuqdan büzüşməsi nəticəsində təzyiqlərinin daha da yüksələ bilər. Odur ki,  həkimlərinə məsləhətləşərək yanlarında təcili vəziyyətdə istifadə dərmanlarını saxlamaqları  tövsiyə edilir.

Maye qəbul etmək əhəmiyyətlidir

Soyuq havada xəstələnməməyin yolları2.jpg3.jpg8

Kifayət qədər maye qəbul etmədən  uzun müddət soyuqda qalmaq, bədənin  susuzluğa bağlı olaraq kapilyar  damarlarda daralmağa səbəb olur. Bu vəziyyət həm soyuq yanığı deyilən donmalara, həm də mikrobların çölə atılması üçün lazım olan burun axıntısı və bəlğəmin tündləşməsinə yol açır. Qəhvə və çay kimi sidik sökdürücü xüsusiyyəti olan içkilər əslində burun və boğaz sekresiyalarını qurutduğu üçün bunun əvəzinə cökə, itburnu, nanə-limon çayı  təklif edilir.

Siqaret çəkməyinSoyuq havada xəstələnməməyin yolları.jpg4.jpg5.jpg5

Burun, boğaz və ağ ciyər hava yolları bir çox toz və mikrobun daxil olmasının qarşısını alan tükcüklər vardır.  Bədən üçün  xüsusən də soyuq havalarda tənəffüs yollarının sağlamlığı olduqca əhəmiyyətlidir. Siqaret çəkmək tənəffüs xəstəliklərinə şərait yaradır.

İdman etməyə laqeyd yanaşmayın

 

Daimi edilən məşqin  bir çox faydası  ilə yanaşı, eyni zamanda   soyuq havalarlda  soyuq dəymə və grip xəstəliklərinə qarşı müvazinəti artırır. Nizamlı məşq edənlər bu xəstəliklərə həm yüzdə 50 daha az yoluxurlar. Soyuqda edilən məşq bu baxımdan daha da faydalıdır. İdmana vərdiş etməyənlərin idman salonlarında məşq etməsi təklif edilir.