Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Soyuq havaların yeməyi- Gürcü xəngəli
Bizi mobildən daha sürətli  izləyin

Soyuq havaların yeməyi- Gürcü xəngəli

xin

Tərkibi:

Xəmir üçün:

-3 st. un
-1 st.su
-1 yumurta
-duz

İç üçün:

-250 qr yağlı qoyun əti
-200 qr mal əti
-3 baş soğan
-qırmızı və qara istiot
-su,duz

Hazırlanması:

Ələnmiş una ilıq su,yumurta,duz əlavə edib xəmir yoğrulur və 20-30 dəqiqəlik dincəlməyə qoyulur.İçlik üçün ət soğanla birlikdə maşından keçirilir,üzərinə su əlavə edilərək bişirilir,duz və istiot vurulur.

Xəmir kiçik hissələrə ayrılır,kündələnir.Hər kündə yayılaraq içinə qiymə qoyulur. Və ya böyük kündə yayıb yumru kəsərək, içlərini doldura bilərsiniz.Xəmirin kənarları bükülür. Hazır xəngəllər ağzı qapalı qazanda əvvəlcədən qaynadılmış duzlu suda 11-15 dəqiqə bişirilir.

Buna da baxın

Soyuq havada üz dərisinə qulluq necə olmalıdır?

Whatsapp ilə Paylaş Soyuq hava üz dərimizə mənfi təsir edir. Dəri quruyur, qabıq verir, çatlayır. …