Əsas səhifə / Manşet / Soyuq payız günlərinizi unudulmaz edəcək 5 film
Bizi mobildən daha sürətli  izləyin

Soyuq payız günlərinizi unudulmaz edəcək 5 film

autumn_in_new_york_860109l

Autumn in New York (New York-da payız)

New Yorkun ən tanınmış simalarından biri olan Will Keane, qadınların çox bəyəndiyi yaraşıqlı bir kişidir. Bir çox qadın ilə bir yerdə olmuşdur. Bu səbəbdən də adı hər gecə başqa biriylə xatırlanmaqdadır. Bir gün yaşlı bir kişiylə əlaqə həvəsində olan Charlotte Fielding ilə tanış olur. Keane, Charlotteda o günə qədər heç bir qadında görə bilmədiyi bir qığılcım hiss etmişdir. Bir-birlərindən çox fərqli gözləntiləri olan bu iki insan, bir araya gəlməyin xoşbəxtliyini yaşaya biləcəklərmi?

far_from_heaven

Far From Heaven (Cənnətdən uzaqda)

1950-ci illərdə Amerikada yaşayan bir ev qadının həyatından danışılır. Olduqca xoşbəxt bir şəkildə ailəsi ilə yaşayan bu qadın, həyatından çox razıdır. Bir gün Cathy, əri Frank’i yataqda başqa bir kişi ilə birlikdə görür. Bundan sonra həyatı tamam dəyişən qadın, uşaqları üçün nələrdən keçməli olacaq?

sweeeetnovember

Sweet November (Şirin Noyabr)

Nelson Moss, bütün həyatı işi olan, iş düşkünü bir adamdır. Bir gün vəzifəsini artırmaq üçün imtahan verməyə getdiyi zaman, Sara adında bir qızla tanış olur. Sara, Nelsondan ən az bir ay onunla yaşamağını istəyir. Nelson, təklifi qəbul edir. Qısa müddətdə eyni evə köçən iki insan, yenə qısa müddətdə bir-birlərinə aşiq olurlar. Sara, həyatında ilk dəfədir ki, birinə vurulur. Nelsonun bilmədiyi isə aşiq olduğu Saranın xərçəng xəstəsi olduğudur. İki insan, ölümlə həyatın girdabına birlikdə düşüb, xilas yolu axtaracaqlar. Qalib gələ biləcəklərmi ?

You've%20Got%20Mail

You’VE Got Mail (Mesajınız var)

Səs- küylü New York şəhərindəki milyonlarla yalnız insandan biri olan Joe Fox, xəyalını qurduğu kitab mağazasını açmaq üzrədir. Boş vaxtlarını kompüter başında keçirən Joe, chat saytlarının birində tanış olduğu qadınla səmimi bir dostluq qurmağa başlayır. Kely adlı bu qadın özünə aid kitab mağazasında, uşaq kitabları satan sevimli və səmimi bir qadındır. Cütlük danışdıqca bir-birlərinə aid ortaq nöqtələr olduğunu hiss edirlər və aralarındakı əlaqə sehirli bir bağa çevrilməyə başlayır. Görüşməyə və tanış olmağa qərar verdiklərində isə çaşdırıcı bir sürpriz qapıdadır …

_500_Days_of_Summer_500_days_of_summer_15955357_1024_683

500 Days Of Summer (Eşqin 500 günü)

Romantik komediya janrında olan film, eşqin gerçək olduğuna inanmayan bir qadın və ona aşiq olan bir adamın hekayəsi əsasında çəkilmişdir. Tom Hansen, eşqin həyatından tamamilə çıxdığına əmin olduğu zaman, Summer Finn ilə tanış olur. Həyatının geri qalan qismini bu qızla birlikdə keçirməli olduğunu bilir. Lakin Summer nə eşqə, nə əlaqələrə inanmır. Buna baxmayaraq aralarında yoldaşlıqdan kənar fərqli bir münasibət başlayır. Birlikdə keçirəcəkləri günlər qeyri-adi, əyləncəli və komik bir hekayəyə şahid olacaqsınız.

Buna da baxın

2015 payız dəbi necə olacaq?

Whatsapp ilə Paylaş  Payız və yaz keçid mövsümləri olduğu üçün, stilistlər bu zaman kəsiyində müxtəlif …