Əsas səhifə / Əsas menu / Sağlamlıq / Soyuq səthin üstündə oturmağın ziyanı
Bizi mobildən daha sürətli  izləyin

Soyuq səthin üstündə oturmağın ziyanı

imagesFMP5J67U

Uşaqlıqdan biz eşidirik ki, soyuq daşın, skamyanın və s. üzərində oturmaq olmaz, bu iltihabla nəticələnə bilər.

Bu nə dərəcədə düzdür? Həkimlərin fikirinə görə, bu həqiqətən belədir. Soyuq yerdə oturduqdan sonra qadınlarda yumurtalıqların iltihabı, sistit, kişilərdə isə prostatitin inkişafının riski yüksəlir. Yumurtalıqların iltihabı isə sonsuzluğun inkişafına yol aça bilər.

Bundan əlavə soyuq səthlərdə müəyyən müddət ərzində oturduqdan sonra insanda radikulit inkişaf edə bilər və ya bu xəstəlik artıq varsa – kəskinləşə bilər. Soyuq səthdə oturmaq babasilin inkişafına da səbəb ola bilər. Babasili olan insan özünü daim soyuqlamadan qorumalıdır. Kəskin yerli soyuqlama çanaqda qan dövranının pozulmasına səbəb olur. Bu isə öz növbəsində müxtəlif iltihablara yol açır.

Soyuq səthlərdə oturmaq uşaqlar üçün xüsusilə təhlükəlidir. Buna heç zaman yol verməyin! Soyuq fəsillərdə uşağa soyuq daşın, skamyanın üzərində oturmağa icazə verməyin.//saglamolun.az

Buna da baxın

Mütəxəssislər açıqladı: soyuq çay daha faydalıdır

Whatsapp ilə Paylaş Yay-qış fərqi olmadan – hər mövsüm çay içməyi xoşlayırıq. Çayın insan orqanizmi …