Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Desert və dondurmalar / Stəkanda hazırlanan TİRAMİSU
Bizi mobildən daha sürətli  izləyin

Stəkanda hazırlanan TİRAMİSU

Qadinklubu.com bu dəfə sizlərə stəkanda hazırlanan, çox asan tiramisu şirniyyatının reseptini təqdim edir:

Ləvazimatlar

2 ədəd yumurta

4 yemək qaşığı şəkər tozu

1 su stəkanı labne pendiri

labnee

1 stəkan krem(marketlərdə satılır)

krema

 

 

3 təkan isti su

2 yemək qaşığı qəhvə

250 qram peçenye(şəkildəki kimi)

pecenye

Çiyələk, nanə yarpaqları və kakao

 

Hazırlanması

Peçenyeləri islatmaq üçün isti su və qəhvəni qarışdırıb ilıq olmasını gözləyin. Bu arada yumurta sarılarını bir kasaya töküb, üzərinə şəkər tozu tökün və mikserlə köpüklənənə kimi qarışdırın. Başqa bir qabda kremi rəngi tündləşənə kimi çırpdıqdan sonra, yavaş-yavaş pendiri əlavə edin.

Peçenyelərin yarısını qəhvəli suya batırıb stəkanlara düzün. Pendir qarışımının yarısını peçenyelərin üzərinə çəkin. Qalan peçenyeləri eyni şəkildə qəhvədə isladıb, kremin üzərinə düzün. Qalan krem ilə peçenyelərin üzərini örtün. Üzərinə kakao səpib, gecə soyuducuda saxlayın. Çiyələk və nanə yarpağı ilə bəzəyib, süfrəyə verin.

Nuş olsun!