Əsas səhifə / Manşet / Stəkanlarınızın ləkəsiz və parlaq olması üçün
Bizi mobildən daha sürətli  izləyin

Stəkanlarınızın ləkəsiz və parlaq olması üçün

stəkanlardakı ləkələri təmizləməküçün

Bütün xanımlar stəkanlarının ləkəsiz və işıltılı olmasını istəyirlər. Lakin bir çox xanım istədiyi  nəticəni əldə edə bilməməsindən şikayətçidir.

  • Əgər stəkanlarınız kristaldırsa, qabyuyan maşında yumayın. Kristal stəkanların quruluşu çox həssas olduğundan tez ləkələnir. Ona görə də stəkanları əl ilə yuyn və duruladıqdan dərhal sonra təmiz dəsmalla qurulayın.
  • Əgər ümumiyyətlə qabyuyan maşında yuyulan istənilən növ stəkanlarınızda ləkə qalırsa, bunun üç səbəbi ola bilər. Ya maşınınızın duzu bitmişdir, ya su ərplidir, ya da  istifadə etdiyiniz yuyucu tozdan qaynaqlanır.
  • Stəkanları qabyuyan maşından çıxardığınızda üzərində damla şəklində ləkələr varsa, bunun səbəbi ərpdir. Bu problemi həll etmək üçün stəkanlarını sirkəli suda durulayın və ya qabyuyan maşınınızın parladıcı xanasına bir qədər sirkə əlavə edin.
  • Əgər problem sirkə ilə həll olunmadısa, deməli qabyuyan maşınınızın duzu bitmişdir. Duzun miqdarını nəzarətdə saxlayaraq stəkanlardakı ləkə problemini həll etmiş olacaqsınız.
  • Əgər stəkanda bir təbəqə şəklində ləkələr formalışıbsa bunun səbəbi yuyucu tozdur. Əgər belə problemlə qarşı-qarşıyasınızsa yuyucu tozu dəyişdirin və eyni zamanda sirkədən də istifadə etməyi sınayın.

 

Buna da baxın

Qan ləkəsini təmizləməyin praktik üsulu

Whatsapp ilə PaylaşQan ləkəsi əvvəlcə töküldüyü yerin materialına görə dəyişən şəkildə təmizlənir. Əgər keramik səthə tökülmüşsə, yüngül …