Əsas səhifə / Əsas menu / Dəb / Stilettolarla stilə daha yaxın
Bizi mobildən daha sürətli  izləyin

Stilettolarla stilə daha yaxın

Stilettolarla stilə daha yaxın

“Qadına doğru ayaqqabıları versəniz o dünyanı fəth edər” – Marilyn Monro

Son zamanlar qadınlar arasında daha çox dəb halını almış Stiletto haqqında danışacağıq. Stiletto nədir?, necə oldu yarandı? – bir sözlə onun haqqında hər şeyi bu səhifəmizdən oxuya bilərsiniz.

Əslində stiletto yüksək və incə dabanlı ayaqqabıların orjinal adından başqa bir şey ifadə etmir. Stilettonun orjinal adı ilə moda gündəmini zəbt etməsi 1950-ci illərdə zəyifliyin, incəliyin moda dünyasında xüsusi yer tutması ilə baş verdi. İlk stilettonun yaranmasında iki ad önə çıxır – markaya adını verən Roger Viver və Marilyn Monroe, Gloria Swanson və Bette Davis kimi müştərilərə sahib italıyalı ayaqqabı dizayneri Salvatore Ferragamo. Viver üçün ayaqqabının silueti çox vacib amil idi. Ayaqqabıda ayağa tam oturan xəfif qövs və incə daban seksi görüntü və xüsusi dizaynla yanaşı, incə zövqü də ifadə edirdi.

Stiletto Ayakkabı Modelleri

Bəs stiletto necə yarandı?

İkinci dünya müharibsəi dövründə uçuş sistemləri üçün yeni materiallar gətirilmişdi. Aliminum və plastikin metalla birləşməsi yolu ilə dünyanın ən incə dabanını hazırladılar. 5mm ölçüdə poladdan olan ilk stiletto dabanı “iynə” adı ilə xatırlanmağa başladı. Adını İtaliyan bıçağından götürən stiletto 1950-ci illərdə inkişaf dövrünü yaşayırdı. Parisli ayaqqabı dizayneri Christian Louboutin – in qırmızı dabanlı dizaynları stilettonun erotik və fetişist əlaqələrini gücləndirdi.

kırmızı-çok-şık-stiletto-bayan-ayakkabı-modeli

Keçmişdə qadınlar daha çox bu tip ayaqqabıları gecə geyimi üçün istifadə edirdilərsə, indi gündəlik istifadə geniş yayılıb. Amma stilettolar biz qadınlara incəlik, cazibədarlıq və xoş görüntü bəxş etməklə yanaşı sağlamlığımıza  əsk təsir göstərir. Bu tip hündürdabanlı ayaqqabılar ayaqlarda burxulmaya, sümük çatlamasına və oynaq iltihabına səbəb olur. Çünki düzdabanlı ayaqqabılara nisbətən stilettolarla ayaqlar 7 qat daha çox təzyiq görür. Eyni zamanda da stilettorlar vasitəsilə bədənimizin fərqli əzələləri işləyir.

 

Bütün bunlara baxmayaraq, biz qadınlar stilettoları geyinəndə özümüzü daha güvənli, cazibədar və eleqant hiss edirik.

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …