Əsas səhifə / Manşet / Stressə qarşı təbii çay
Bizi mobildən daha sürətli  izləyin

Stressə qarşı təbii çay

k

Hər kəsin həyatında stresslə qarşı-qarşıya qaldığı anlar olur. Belə vəziyyətdə insanın ətrafla uyğunlaşması pozula, zehni və fiziki gücü azala bilir.

Hətta stress insanı həyata mənfi istiqamətdən baxıb, pessimist bir ruh halına bürünməyə də səbəb olur.

Qidalanma məsləhətçisi türkiyəli Dr. Gönül Ateşsaçan, günümüzün ən çox rastlanan xəstəliyi olan stressdən xilas olmaq üçün təbii bir çay resepti tövsiyyə edir.

Qadınklubu.com-un məlumatına görə, bu çay gərginlik və çətinlikdən uzaqlaşmağınıza köməkçi olacaq.

Vəsaitlər:

  • 1 x/ qaşığı melisa

  • 1 paket çobanyastığı

  • 6-7 yarpaq təzə nanə

  • 1 yemək qaşığı əsmər şəkər

  • 1/2 limon

  • 1 litr su

Hazırlanması:

Qaynar suda melisa və çobanyastığını 4-5 dəqiqə dəmləyin. İçinə şəkər əlavə edin. Çay ilıqlaşanda limonun suyunu və qabığını əlavə edin. Təzə nanə yarpağı ilə bəzəyərək servis edin.

Buna da baxın

Tərtəmiz cild üçün mükəmməl maska

Whatsapp ilə Paylaş Üzü kosmetikadan təmizləyirik. 1 x/qaşığı üz təmizləmək üçün köpüklə 1 ç/qaşığı sodanı …