Əsas səhifə / Manşet / Su içə bilmirsinizsə…
Bizi mobildən daha sürətli  izləyin

Su içə bilmirsinizsə…

su-aritma-cihazi-filtresi

Qidalanma və Diyet Mütəxəssisi Səda Uşarer, “gündə ən az 2 litr içilməlidir” xəbərdarlıqlarına baxmayaraq, su içməyi sevmədiklərini ya da unutduklarını söyləyən insanlara ətirli, sərinlədən alternativlər təklif edir.

Su içə bilmirsinizsə, bunları için!

Süd və ayran:

Qanda şəkəriniz düşərsə və ya təzyiqinizi tarazlamaq istəyirsinzsə, ayran için. Ayran içməyi sevməyənlər, 1 stəkan ayran içərisinə bir miqdar buz, bulaq suyu və təzə nanə əlavə edərək, içkilərini daha ləzzətli edə bilərlər. Bundan əlavə, 1 su stəkanı südü və 1 ədəd mövsüm meyvəsini blenderdan keçirərək, sağlam bir içki əldə edə bilərsiniz. Bütün bu içkilərin kalorisi kremli qəhvə və ya hazır meyvə sularından çox daha aşağı olacaq.

Meyvə şirəsi:

Gündə 1 su stəkanı (200 ml) qədər meyvə şirəsi istehlak edilə bilər. Meyvə şirələrindən əlavə, evdə hazırlanmış az şəkərli limonad da istehlak edə bilərsiniz.

Qara çay və bitki çayı:

Çayın tərkibindəki kafein, bədəndən suları atmağa sizə kömək olacaq. Bu səbəblə çay içdiyiniz zaman, kifayət qədər su istehlak etdiyinizə əmin olmalısınız. Yeməkdən dərhal sonra çay və qəhvə istehlakından qaçmaq lazımdır. Çünki çayın tərkibindəkilər dəmirin sovrulmasını azaldır. Buna görə yeməklərdən ən az 45 dəqiqə sonra çay içmək məsləhətdir. Qara çayın antioksidant baxımından zəngin olmasına baxmayaraq, yaşıl çayın antioksidant tutumu daha çoxdur. Əgər xroniki narahatlığınız yoxdursa, gündəlik 2 fincan yaşıl çay və 3- 4 fincan qara çay istehlak etmək kifayətdir.

 

Qadinklubu.com

Buna da baxın

Su içmək hansı xəstəlikləri sağaldır?

Whatsapp ilə PaylaşSu içmək hansı xəstəlikləri sağaldır? Su – həyatın özüdür. Qidasız insan yaşaya bilər, …