Əsas səhifə / Manşet / Süd dişlərinin yaratdığı fəsadlar
Bizi mobildən daha sürətli  izləyin

Süd dişlərinin yaratdığı fəsadlar

Dişlər insan üçün ən əhəmiyyətli orqanlardandır ki, hansı ki, həm sağlamlığımızda, həm də görünüşümüzdə çox böyük əhəmiyyət kəsb edir. Məhz bu baxımdan hər birimiz dişlərimizin gözəl və sağlam olmasına xüsusi əhəmiyyət veririk. Sağlam diş əmin təbəssüm deməkdir. Amma dişlərin bəzi ürək açmayan fəsadları vardır ki, hansı ki, uşaqlıqdan formalaşmağa başlayır. Uşaqların çox əmzikdən istifadəsi, barmaq sovurması və digər bu kimi problemlər sonradan görünüşdə xoş olmayan nüansların yaranmasına səbəb olur. Bu kimi problemlərin yaranmaması və vaxtında aradan qaldırılması üçün qadınklubu.com-un təqdim etdiyi məlumatdan faydalana bilərsiniz.

Niyə süd dişlərini kariyesdən qorumalıyıq?

Süd dişlərinin kariyesi daimi dişlər üçün bir sıra problemlərin yaranmasına səbəb ola bilər. Bu kimi süd dişlərini müalicə etmədən çəkmək, vaxtında edilməyən müdaxilə düzgün deyil. Kariyesli süd dişlərinə vaxtında müdaxilə olduqca əhəmiyyətlidir. Süd dişlərinin çıxarılmasına səhlənkar yanaşılmamalıdır. Süd dişində yaranan kariyesi müalicə etmədən çəkmək, dişlərin əyilərək damaqdakı nizamı pozub, daimi dişərin yerini zəbt etməsinə gətirib çıxaracaq. Və ya əksinə, süd dişi vaxtında çıxarılmazsa, damaqda daimi dişlərin yerini zəbt edərək, daimi dişlərin çıxmasında maneələrin yaranmasına səbəb olurki, bu da dişlərin ya üst-üstə ya da əyri çıxması ilə nəticələnir. Bu kimi problemlərlə üz-üzə qalmamaq üçün vaxtında həkim müayinəsinə getmək və rentgen vasitəsilə daimi dişlər üçün süd dişlərinin hər hansısa bir maneə yaradıb-yaratmadığını aşkarladıqdan sonra müdaxilə edilməlidir. Bunlara riayət etsəniz, gələcəkdə bahalı müalicələrə və breketə ehtiyac qalmayacaq.

Uşaqlarda barmaq sovurmaq (əmmək) vərdişi

Uşaqlarda tez-tez rast gəlinən baş barmaq sovurmaq vərdişi dişlər üçün olduqca təhlükəli fəsadlar yaradır. Əgər vaxtında bu vərdiş tərgidilməzsə, damağ quruluşunun deformasiyaya uğramasına qədər problem inkişaf edə bilər. Bu vərdişi tərgitmək o qədər də asan deyil. Amma həkim müdaxiləsi ilə qarşını almaq mümkündür. Belə ki, xüsusi olaraq hazırlanmış damaq məhz bu kimi vərdişi olan uşaqlar üçün nəzərdə tutulmuşdur. Həmin damağı qabağ dişlərə bərkidərək üst damağa yerləşdirilir. Baş barmaqı ağıza aparıldığında üst damağdakı maneə barmaqı incitdiyindən istər-istəməz uşaq barmağını ağzından çıxarırır. Bu metodla uşağın sağlamlığını təmin etmiş olursunuz.

Buna da baxın

Sağlam və gözəl dişlər üçün çox pul sərf etməyin – “RAMY DENTAL”

Whatsapp ilə Paylaş   Sağlam və gözəl dişlər üçün çox pul sərf etməyin – “RAMY …