Əsas səhifə / Əsas menu / Sağlamlıq / Süd içməzdən əvvəl bu yazını oxuyun!
Bizi mobildən daha sürətli  izləyin

Süd içməzdən əvvəl bu yazını oxuyun!

16720

Sterilizə edilmiş süddə heç bir qida dəyəri yoxdur. Qutuda olan südlər uzun müddət xarab olmur, çünki tərkibində qatqı maddəsi var. Təbii südlər isə orqanikdir… Südlə bağlı bu cür müxtəlif və maraqlı fikirlər çoxdur. Bəs onların hansı düzgün, hansı yanlışdır? Hansı südü almalıyıq? Südlə bağlı bir çox suallara cavabı Aile.lent.az-ın bu yazısında tapa bilərsiniz.

  • Bir çox insan qutuda olan südlərin uzun müddət qalmasının səbəbinin tərkibində olan qatqı maddəsi olduğunu düşünsə də, bunun əsl səbəbi başqadır. Bu, tətbiq olunan istilik əməliyyatı və 6 laydan ibarət xüsusi qablaşdırma ilə əlaqədardır.
    Sterilizə üsul ilə süd 4-6 saniyə kimi çox az vaxtda 135-150˚C-yə qədər isidilir və otaq istisində soyudulur. Beləliklə, süd qida dəyərini itirmədən mikroblardan təmizlənir. Zərərli maddələrdən təmizlənən südün qatqı maddəsinə ehtiyacı olmur və qabı açılmadığı təqdirdə 4 aya qədər təzəliyini qoruyur.

  • Sterilizə qablarında istifadə edilən alüminium insan sağlamlığına ziyandır – bu fikir səhvdir. Qutuda olan südlərin qablaşdırlmasında istifadə edilən alüminium işıq və oksigen keçməyinin qarşısını alan bir lay funksiyasını yerinə yetirir. Ancaq alüminium südlə təmasda olmadığı üçün insan sağlamlığına qətiyyən ziyan vurmur.

  • Sterilizə əməliyyatı əsnasında mikroorqanizmlərlə bərabər faydalı bakteriyalar məhv olur fikri əsassızdır. Probiotik, yəni faydalı bakteriyalar qatıq, pendir və kefir kimi süd məhsullarında olur. İstər çiy, istərsə də pasterizə olunmuş və ya qutudakı südlərdə probiotik bakteriya olmur. Dolayısı ilə sterilizə əməliyyatının süddə olan faydalı bakteriyaları öldürməsi fikri səhv bir düşüncədir.

  • Açıq südlərin qida dəyəri qutudakı südlərdən daha yüksəkdir – bu, yanlış düşüncədir. Sterilizə əməliyyatı süddən inamla və etibarla qidalanmağımız üçün südün qida dəyərini itirmədən tərkibindəki zərərli mikroorqanizmlərdən təmizlənilməsidir. Açıq satılan südlərdə gigiyenik saxlanma, daşınma və satılma şərtlərinə uyğun mikroorqanizm yükü və qida dəyəri baxımından çətinliklər yaşanır. Bununla yanaşı isitmə zamanı idarəsiz edilən qaynatma işləri südün qida dəyərində sterilizə əməliyyatına görə çox daha yüksək itikilərə yol açır.

  • Açıq satılan südlər təbiidir – bu fikir də doğru deyil. Qidaların təbii və orqanik meyarları mütəxəssislər tərəfindən təyin edilir və yalnız xüsusi loqosu olan südlər orqanik hesab olunur. Küçədən və ya pərakəndə alınan südlər açıq – istilik əməliyyatı görməmiş südlərdir. Əksinə, hər hansı yoxlanışdan keçmədiyi üçün sağlamlıq baxımından riskli ola bilər.

  • Süd içmək qansızlığa səbəb olur deyənlər kökündən səhv edirlər. Süd bir çox qida elementi baxımından çox zəngin olmasına baxmayaraq, tərkibində kifayət qədər dəmir mineralları yoxdur. Ancaq bu, qansızlığa səbəb olmaq demək deyil. Qansızlığın aradan qaldırılması üçün qaraciyər, balıq, toyuq, qırmızı ət, yumurta, quru paxlalılar kimi dəmir tərkibi zəngin qidalar yeyilməlidir.//lent.az

Buna da baxın

Dəri təmizləyici tonik

Whatsapp ilə Paylaş Toz və çirkli hava səbəbindən yorğun düşən dərinizə lazımlı qulluq olmayanda müxtəlif dəri …