Əsas səhifə / Manşet / Süd ləkəsi necə təmizlənər
Bizi mobildən daha sürətli  izləyin

Süd ləkəsi necə təmizlənər

fft99_mf6110319

Şəkərli, kakaolu, meyvəli süd ləkəsi çıxarılması çətin olan ləkələrdəndir. Ləkə meydana gəldiyi anda uyğun şəkildə müdaxilə etmək lazımdır.

İlk anda uyğun şəkildə edilən müdaxilə edilərsə, ləkədən iz qalmayacaq. Lakin meydana gəldiyi anda müdaxilə ediməzsə ləkə quruyar və çıxarılması daha da çətinləşər.
Süd ləkəsi əgər yuyulan parçadadırsa,  işiniz daha asan olacaq. Yuyulmayan parçalarda isə daha diqqətli davranmağınız lazımdır.
Yuyula bilən  parçadakı  süd ləkəsi bol sabunlu bir bezlə silinərək təmizlənə bilər. Həmin geyimlər ağ sabun ilə köpürtülür. Yüngülcə sürtdükdən sonra suyun altına tutaraq durulayın və qurumasını gözləyin.
Uyulmayan parçalarda benzindən istifadə edə bilərsiniz. Benzin yanıcı bir maddə olduğu üçün diqqətli olmalısınız. Tez alışan və yandırıcı maddələrdən uzaq dayanmağınız lazımdır.
Ləkəli bölgəni benzinə batırdığınız təmiz bir bezlə silin. Bu əməliyyatı yüngülcə tətbiq edin, parçaya zərər verməyin.
Təmizlik əməliyyatı bitdikdən sonra benzinin yaxşıca uçması təmin edilməlidir. Geyim havalandırılmalı ya da parçaya yüngülcə vurularaq benzinin uçması təmin edilməlidir.
Ardından parça bol su ilə yuyulub durulanmalı və tərs çevrilməlidir. Son olaraq ləkələnmiş bölgənin üzərinə nəmli bez qoyularaq ütülənir.
Masa örtüsü kimi parçalar yuyulan parçalar olduqlarından maşına atılıb normal şəkildə yuyulur. Əgər ləkə qurumuşsa parça maşına atılmamışdan əvvəl ləkəni bol sabunla silmək lazımdır.
Xalçanın üzərinə tökülən südün çoxu bir parça ya da kağız köməyiylə alınmalıdır. Ardından bir qaba ilıq su  və suya bir az maye sabun əlavə edin.
Yumşaq bir süngər köməyi ilə ləkəli bölgəyə köpüyü yayın və xalçanı yüngülcə ovun. Ləkəli qisimi durulayaraq təmizləyin. Son olaraq da xalçanın nəmini almaq üçün çox suyu kağız dəsmalla alın.