Əsas səhifə / Manşet / Südlü-qozlu qənd – FOTORESEPT
Bizi mobildən daha sürətli  izləyin

Südlü-qozlu qənd – FOTORESEPT

Südlü-qozlu qənd – FOTORESEPT

Tərkibi:

-2 st. şəkər tozu
-1,5 st. pasterizə olunmuş süd
-60 q qoz (fındıq, badam, araxis və s. istifadə edə bilərsiniz)

Hazırlanması:

Qozu bıçaqla, yaxud blenderdə xırdalayın (çox kiçik olmasın).

http_photos.milli.az_images_year_2012_159809_02
Qazanda südlə şəkəri qarışdırın, ocağın üstünə qoyun. Qaynara düşəndən sonra orta odda mütəmadi olaraq qarışdıraraq, bişirməyə davam edin (əlinizi saxlasanız, ya dibi yanacaq, ya da süd daşacaq).

http_photos.milli.az_images_year_2012_159809_03
Şəkər qatılaşmağa başlayacaq. Təxminən 30-40 dəqiqə sonra isə rəngini dəyişəcək və daha qatı olacaq.

http_photos.milli.az_images_year_2012_159809_04

http_photos.milli.az_images_year_2012_159809_05

 

Təqribən daha 15-20 dəqiqə sonra qozu əlavə edin, qarışdırın, bir qədər də bişirin (5-10 dəqiqə). Şəkər qatı, rezin kimi elastik olacaq (şəkərin qatılaşma vaxtı süddən çox asılıdır, ona görə dəqiqələrdə fərq ola bilər).

http_photos.milli.az_images_year_2012_159809_06

http_photos.milli.az_images_year_2012_159809_07
İki dərin boşqabı su ilə yaxalayın. Qaynar şərbəti içinə tökün. 15 dəqiqə saxlayın. Şərbət donacaq. Soyuyub bərkimiş südlü-qozlu qəndi doğrayıb çayla süfrəyə verə bilərsiniz.

http_photos.milli.az_images_year_2012_159809_09

http_photos.milli.az_images_year_2012_159809_10

Çayınız şirin olsun!