Əsas səhifə / Manşet / Sünnət üçün ən uyğun yaş
Bizi mobildən daha sürətli  izləyin

Sünnət üçün ən uyğun yaş

Bəzi valideynlər elə düşünür ki, sünnət çox asan bir əməliyyatdır. Amma reallıq göstərir ki, sünnət ölüm kimi ağır fəsadlarla nəticələnə bilər. Bəs əslində sünnət neçə yaşda olmalıdır və valideynlər nəyə diqqət etməlidir?

Kimi uşaq elə doğulan kimi, kimi isə 10 yaşından sonra sünnət elətdirir. Xüsusi ilə bölgələrdə həkim və ya valideynlərin laqeydliyi bəzi sünnət toylarını yasa çevrir.

Hələ də evdə köhnə üsullarla “ara həkimlərini” üstün tutanlar az deyil. Bunu isə valideynlər müxtəlif səbəblərlə izah edirlər.

Ölkə.Az bildirir ki, həkimlər isə sünnət əməliyyatı uşaq müayinə edilməmiş və müvafiq şərait olmayan bir vəziyyətdə, icra edilməsinin fəsadlarının hər zaman ola biləcəyini deyirlər.

Uşaqların ideal sünnət yaşı isə elə onların ilk ayları hesab edilir. İlk iki ayında sünnət olunmağının əsas üstünlüyü isə gələcəkdə həmin uşaqların psixoloji travma keçirmə ehtimalının olmamısıdır. Lakin buna baxmayaraq hətta bəzi rayonlarda sünnəti 10 yaşa qədər saxlayanlar da olur. Bu isə həmin oğlan uşalarının gələcəkdə ciddi beyin pozğunluğu yaşamasına səbəb ola bilər.

2-5 yaş arasında uşalarda sünnət isə mütləq şəkildə psixoloji konsultasiya ilə birlikdə edilməlidir. İlk növbədə uşaqlara bunu izah etmək lazımdır ki qorxulu heç bir şey yoxdur. Və bu proses anesteziya yolu ilə edilməsi daha məqsədə uyğundur.

Buna da baxın

Sünnətlə əlaqədar bilinməsi lazım olan məlumatlar

Whatsapp ilə Paylaş Sünnətlə əlaqədar bilinməsi lazım olan məlumatlar Sünnət tibbi faydaları səbəbiylə bu gün …