Əsas səhifə / Əsas menu / Foto / Superduet: Rianna və Eminem birləşdilər – VİDEO – FOTO
Bizi mobildən daha sürətli  izləyin

Superduet: Rianna və Eminem birləşdilər – VİDEO – FOTO

Superduet: Rianna və Eminem birləşdilər – VİDEO – FOTO

emrihanna

Dünyanın ən məşhur reperlərindən biri Eminem superpopulyar müğənni Rianna ilə duet oxuyub.
Eminemin “The Monster” mahnısının klipinin çəkilişləri başlanıb.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 41 yaşlı Eminem mahnını müğənni Bebe Reksa ilə birlikdə yazıb.
25 yaşlı Rianna bir qədər əvvəl bildirmişdi ki, Eminemlə mahnı oxumağa hazırlaşır.

Sentyabrın 11-də o, Twitter-dəki profilində yazmışdı: “Studiyanı elə indi tərk etdi. Ən sevimli müğənnilərimdən birinin mahnısı üçün “monstr nəqaratı” oxudum. Bu, hələlik deyə biləcəyim yeganə məlumatdır”.

Eminemlə Rianna əvvəllər “Love the Way You Lie”, “Love the Way You Lie 2” və “Numb” mahnılarını duet şəklində ifa etmişdilər.

Eminemin yeni MMLP2 albomunun ərsəyə gətirilməsində Riannadan savayı Kendrik Lamar, Neyt Ryuss və Skaylar Qrey də iştirak ediblər.
“The Monster” Eminemin yeni albomunda yer almış 4-cü mahnıdır. Eminem indiyədək albomdan “Berzerk”, “Rap God” və “Survival” mahnılarını yaymışdı.

Albomda 16 mahnı var.
 XƏBƏRİN ŞƏKİLLƏRİ ÜÇÜN TIKLAYIN…