Əsas səhifə / Manşet / Suyu ikinci dəfə qaynadanda bilirsiniz nə baş verir… Təhlükə
Bizi mobildən daha sürətli  izləyin

Suyu ikinci dəfə qaynadanda bilirsiniz nə baş verir… Təhlükə

 

Su sözün əsl mənasında həyat mənbəyidir, insan orqanizmin (körpələrin 90%-ini) 80 %-ni su təşkil edir, buna görə də onun keyfiyyətinə ciddi fikir vermək lazımdır.

Təəssüf ki, su sistemi və borular vasitəsilə hərəkət edən su nəinki faydalı xassələrə malikdir, həm də tərkibində xlor elementləri, müxtəlif ağır və zərərli qarışıqlar var. Bu zəhərli maddələri hətta bəzən müasir filtrlər də təmizləyə bilmir. İndiki şəraitdə torpaqların çirklənməsi isə bulaq sularının saflığına təminat vermir.

İstehlak olunan suyun keyfiyyətinin yaxşılaşdırılması və zərərsizləşdirilməsinin əsas üsullardan biri onu qaynatmaqdır. Bu zaman çoxlu bakteriyalar ölür, xlorun miqdarı azalır və daha su yumşaq olur.

Lakin çoxsaylı tədqiqatlar göstərib ki, ağır metallar qaynanmış suda yox olur, bəzi xlor isə hissəciklər isə digər elementlərlə əlaqəyə girərək çox zərərli maddələr çevrilə bilir.

Qdinklubu.com-un xəbər verir ki, suyun bir neçə dəfə qaynadılaraq istifadə edilməsi də orqanizmi üçün təhlükəli olan birləşmələri hər dəfə artırır və faydalı oksigen növlərinin nisbəti minimuma qədər azalır. Başqa sözlə desək, həyat mənbəyi olan su “ölü” və zərərli məhlula çevrilir. Odur ki, suyu bir dəfədən artıq qaytamamağa çalışın. //Publika.az