Əsas səhifə / Manşet / Şüyüdlü göbələk qovurması – Resept
Bizi mobildən daha sürətli  izləyin

Şüyüdlü göbələk qovurması – Resept

j

Ərzaqlar:

1 kq. göbələk
2 ədəd orta ölçülü soğan
4 ədəd uzun bibər (şirin)
2 ədəd qənd
2 ədəd pomidor
1 dəstə şüyüd
3 diş sarımsaq
Yarım stəkan zeytun yağı
1 çay qaşığı zirə
Duz və istiot

Hazırlanması:

Soğanla sarımsağı xırda-xırda doğrayıb tavada qovurun. Daha sonra bibəri əlavə edib 2-3 dəqiqə qovurun. Qabığı soyulmuş və kub şəklində doğranmış pomidor, şəkər və duz töküb yumşalana qədər bişirin. Göbələyi kub şəklində doğrayıb istiot və zirəylə birgə yeməyə əlavə edin orta odda suyu çəkilib tərəvəzlər yumşalana qədər bişirin. Üzərinə doğranmış şüyüd səpib ilıq halda servis edin. //publika.az