Bizi mobildən daha sürətli  izləyin

Süzmə ayran resepti

 

ayran

Tərkibi:

-Qatıq
-Duz
-Mineral su

Hazırlanması:

Süzmə hazırlamaq üçün əvvəlcə geniş bir tənzif götürülür. Bir neçə dəfə qatlanılır. Bundan sonra tənzif bir qabın içərisinə qoyulur və qatıq buraya əlavə edilir. Sonra qatıq olan tənzif ağzı bükülür, bağlanılır və yüksək bir yerdən asılır. Qatıq suyunu tam süzməsi üçün üzərinə ağırlıq qoyulur və bu şəkildə gözlədilərək qatığın suyunu tam verməsinə nail olunur.

Süzmədən hazırlanan ayran, daha ləzzətli olur.

Süzmə hazır olduqdan sonra ayran hazırlayacağımız qaba ehtiyac olduğu qədər əlavə edilir. Üzərinə çox az mineral su əlavə edilir və qarışdırılır. Süzmə qatıq biraz durulaşdıqdan sonra lazım olan qədər mineral su əlavə edilir və qarışdırılır.

Ayranın içərisində suda əriməmiş hissəciklərin qalmaması üçün, süfrəyə verilməmişdən əvvəl süzgəcdən keçirtmək məsləhətdir.

Nuş olsun!

Buna da baxın

Ayranın bilmədiyimiz faydaları

Whatsapp ilə PaylaşAyranın bilmədiyimiz faydaları Yeməklərin yanında imtina edilməz içkilərdən biri olan ayranın faydalarını saymaqla …