Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii makiyaj təmizləyicilər
Bizi mobildən daha sürətli  izləyin

Təbii makiyaj təmizləyicilər

g

Makiyajsız evdən çıxmaq bir qadın üçün qorxulu yuxu kimidir.

Təbii ki, makiyaj qadınları hər nə qədər gözəl və cazibədar göstərsə də, makiyaj təmizliyi nizamlı şəkildə edilmədiyi təqdirdə dəriyə ciddi zərərlər verərək erkən yaşlanmağa səbəb olur. İstifadə edilən makiyaj təmizləyici məhsulların də təbii və təsirli olması vacibdir.

Süni və kimyəvi məzmunlu təmizləyicilər bəzi cildlərə zərər verə bilər

Makiyaj təmizləyici məhsulları içində ən çox lasyondan istifadə edilir. Bu losyonların bəzilərinin tərkibində spirt olduğu üçün, həssas dərili qadınların cildlərinə zərər verir. Təbii makiyaj təmizləyici istifadə edərək bu problemdən xilas ola bilərsiniz.

Zeytun yağı ilə təbii makiyaj təmizləyici:

Hər dərdə dəva zeytun yağı makiyaj təmizləmə üçün də olduqca təsirlidir. Pambığa batıraraq makiyajlı bölgələrə sürtərək dərinizin təmizliyini təmin etməklə yanaşı, həm də qırışıqlıqlardan da xilas ola bilərsiniz. Xüsusilə göz ətrafındakı makiyaj təmizliyi üçün daha xeyirlidir. Eyni zamanda zeytun yağı qaş və kirpiklərinizi də bəsləyər.

Xiyarla təbii makiyaj təmizləyici:

1 dənə xiyarı rəndələyin və içərisinə yarım litr süd əlavə edərək ocaqda qısa bir müddət isidin. 11-12 dəqiqə qədər ocaqda gözləyən bu qarışığı şüşə bir şüşə içərisinə qoyaraq soyuducuda soyumağa qoyun. Bu qarışığı gecələri yatmadan əvvəl, ya da makiyajınızı təmizləyəndə istifadə edə bilərsiniz. Qarışıq süd məzmunlu olduğu üçün 3-4 gündən çox gözlətməyin, istifadə zaman yenisini hazırlayın.

Makiyaj təmizləyici yağ:

Şirin badam yağı yalnız dərini yumuşaltmaqda deyil, makiyaj təmizləyici kimi də istifadə olunur. Digər maskalar kimi pambıq köməyi ilə makiyaj çəkdiyiniz nahiyyəyə uyğulayın. Amma diqqətli olun, badam yağından çox istifadə üzünüzdə çox tüklənməyə səbəb ola bilər.

Qeyd: Bilmədiyiniz digər yağlarla eyni effekti almaq ümidiylə istifadə etməyin. Üzünüzdə xoşagəlməz hallar-qırışlar, tüklənmə kimi hallarla qarşılaşa bilərsiniz.

Buna da baxın

Sizi yaşlı göstərən 9 səhv

Whatsapp ilə Paylaş Gözəl və düzgün makiyaj sizi həm gənc, həm də sağlam göstərir. Ancaq bəzən …