Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii pillinqlər
Bizi mobildən daha sürətli  izləyin

Təbii pillinqlər

uiTəbii pillinqlər

Əziz xanımlar sizə dəriniz təmizləyəcək, canlandıracaq müxtəlif təbii pillinqlər təqdim edirik

Canlandırıcı pillinq

Yarım çay stəkanı qoz içi

1 çay qaşığı limon suyu

3 çay qaşığı süd

1 çay qaşığı bal

Qoz rəndələnir (məqsəd incə dənəciklər halına gətirməkdir) İçinə limon, süd və bal əlavə edilir. Əldə edilən qarışıq yumşaq hərəkətlərlə dəriyə tətbiq olunar. 5 dəqiqə qədər də gözlədildikdən sonra ilıq su ilə durulanır.

Qara nöqtə aradan qaldırıcı pillinq

1 yemək qaşığı qarğıdalı unu

1 ç qaşığı zeytun yağı

1 ç qaşığı lavanta yağı

Qarğıdalı ununun içinə zeytun yağı və lavanda yağı əlavə edilir. Gözəlcə qarışdırıldıqdan sonra təmiz dəriyə çənə bölgəsindən başlayaraq dairəvi hərəkətlərlə tətbiq edilir.

Göz ətrafına çox yaxınlaşılmaması lazımdır. Açıq yara və ya sızanaq olan dərilər pillinq üçün uyğun deyil.

Pillinq bütün üzə tətbiq olunduqdan sonra 2-3 dəqiqə gözlədilər və soyuq su ilə durulanır. Ardından mineral su ilə kompres edilər.

Pillinq tətbiqi axşam saatlarında və ən tez həftədə bir dəfə edilməlidir.

Bəsləyici dəri pillinqi

1 çay stəkanı Qara Üzüm

1 ç qaşığı sızma zeytunyağı

Tərkibi blenderden keçirilir. Əldə edilən dənəcikli maye dəriyə masaj edilərək tətbiq olunur. 10 dəqiqə gözlətdikdən sonra ilıq suyla durulanar.

Not:

Üzüm nüvələri Blender parçalanacağı üçün masaj edərkən dərinin cızılmamasına diqqət göstərilməlidir.