Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii qaralmaq üçün bunlara əməl edin
Bizi mobildən daha sürətli  izləyin

Təbii qaralmaq üçün bunlara əməl edin

photo_32507

Təbii qaralmaq üçün bunlara əməl edin

Son dərəcə sadə üsullarla sağlam, parlaq və qara dəri üçün bu məsləhətlərə əməl edin. Yayda istilər artdıqca vücuddakı nəm və duz kimi bəzi maddələr azalır. Səhv qaralma nəticəsində dəridə yaranan problemlər, qabıqlar, günvurma və başqa narahatlıqlara səbəb ola bilər. Günəş və qoruyucu kremlərdən istifadə edilmir, nəticədə dəri yanır. Mütəxəssislər, bu yay kosmetik məhsulları bir kənara qoyub, yerinə təbii qaraldıcılar istifadə etməyi məsləhət görür.

Fındıq yağı – İçindəki E vitamini sayəsində qaraldıcı yağlar arasında dəriyə asan sorulur və dərinin nəm balansını qoruyur.

Kakos yağı – Olduqca sadə tərkibli kakos yağı saç və dəriyə çox effektli təsir edir.

Zeytun yağı – Dərini təravətləndirir və parlaqlıq verir. Zeytun yağının tərkibində E, K, A və D vitaminləri həm faydalı, həm də qaraldıcı təsirə malikdir.

Avakado yağı – Dəri məsamələrini açır, nəmləndirir və qaraldıcı təsirə malikdir. Tərkibindəki A vitamini hüceyrələrin yeniləməsini təmin edir.

Buğda toxumu yağı – Tərkibində E, D və A vitaminləri olan buğda toxumu yağı bədəni günəş şüalarının zərərli təsirindən qoruyur. Eyni zamanda dərini sağlam şəkildə qaralda bilir.

Dazotu yağı – Dəriyə ləkə salmadan qaraldır. Dəmləməsini içmək də faydalıdır . Belə ki, dazotu dəmləməsi gölgədə də ləkəsiz qaraldır.