Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii qidalarla hazırlanmış botoks maskası
Bizi mobildən daha sürətli  izləyin

Təbii qidalarla hazırlanmış botoks maskası

Botoks maskası

Zaman keçdikcə, yorğunluq və yaşlılıq izləri dərinizdə ilk əlamətlərini göstərməyə başlayır. Bəzilərimiz yaşlanmağın, yorğunluğun və stresin təsiriylə dəridə meydana gələn qırışların əmələ gəlməsini azaltmaq və gecikdirmək üçün bahalı kremlərə və estetik cərrahlara tonlarla pul ödəyir. Qadınklubu.com sizlərə evdə özünüz hazırlaya biləcəyiniz botoks effekti maskanın reseptini təqdim edir.

Evdə edilən bu təbii maskanın hazırlanması üçün lazım olan vəsaitlər hər marketdə asanlıqla tapa biləcəyiniz və çox uyğun qiymətlərlə satılan, hər zaman istifadə etdiyimiz ərzaqlardır. Hamısı təbii vəsaitlər olduğu üçün, tərkibində aldığınız kremlərdəki kimi kimyəvi maddələr yoxdur. Üstəlik bu möcüzəvi maskanı ilk tətbiqdən sonra belə, dərinizdəki dəyişikliyi hiss edə biləcəksiniz.

Botoks maskasının tərkibi:

  • 1 yemək qaşığı qaymaq
  • 5 yemək qaşığı təzə sıxılmış kök suyu
  • 1 yemək qaşığı qarğıdalı nişastası

Hazırlanması:

Nişastanı yarım stəkan suyun içində həll edin. Sonra nişastalı suyu bir qaba əlavə edib, üzərinə bir çay stəkanı qaynar su əlavə edin. Az istilikdə qarışdıraraq, qatı bir qarışıq əldə edənə qədər bişirin.
Qarışığı soyutduqdan sonra qaymağı və kök suyunu da əlavə edərək qarışdırın. Üzünüzü yuduqdan sonra maskanı dərinizə sürtün və 25-30 dəqiqə gözlədin.

Maskanı tətbiq etməmişdən əvvəl dərinizə peeling etmək maskanın təsirini daha da artıracaq!

Tətbiq sonrası ilıq su ilə üzünüzü yuyaraq maskanı yavaşca təmizləyin və dərinizə nəmləndirici bir krem çəkin. Artıq qalan maskanı, soyuducuda bir neçə gün saxlaya bilərsiniz. Ən yaxşı nəticəni əldə etmək üçün, 3 gün müntəzəm olaraq maskanı tətbiq etməlisiniz. Bu maska dərinizdəki yorğunluq izlərini və qırışları silir, dərinizi nəmləndirir və dərinizi daha möhkəm və yumşaq hala gətirərək gözlə görüləcək bir dəyişiklik yaradır.

Buna da baxın

Qırışlara səbəb olan 10 səhv

Whatsapp ilə Paylaş 1. Günəşin təsiri: Sürətli yaşlanmanın ən başda gələn səbəbi günəşin yaydığı ultrabənövşəyi …