Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii sabunun faydaları
Bizi mobildən daha sürətli  izləyin

Təbii sabunun faydaları

guzel_sabunlar

Gözəlliyinin qayğısına qalan xanımlar bilirlər ki, dəri üçün ən faydalı vasitələrdən biri də təbii məhsullardan hazırlanan sabunlardır. İndi satışda cürbəcür bitki və meyvələrdən hazırlanan sabunlar tapmaq mümkündür.

Darçın sabunu: çillərə qarşı

Bu sabun dəridəki çilləri aradan qaldırır, həmçinin yara, sızanaq izi və çatların daha tez sağalmasını təmin edir.

Çobanyastığı sabunu: sellülitə qarşı

Sellülitləri qısa zamanda yox edir. Göz qapağı iltihabı, gözaltı şişlik, qaraltı, ekzema və göbələk əleyhinə də istifadə edilir.

Limon sabunu: qara nöqtələrə qarşı

Dəridəki məsamələri təmizləyir və daraldır. Sızanaq və qara nöqtələrin yaranmasına imkan vermir. Bu sabunun köpüyü ilə edilən masaj başağrısını aradan qaldırır.

Gül sabunu: ekzemaya qarşı

Dərinin nəm balansını qoruyur. Allergiyaya meyilli, həssas dəriyə yaxşı təsir edir. Ekzema və sədəf xəstələrinə tövsiyə edilir.

Ərik sabunu: sızanaqlara qarşı

Ərik sabunu da tərkibindəki E vitamini sayəsində dərinin nəm balansını qoruyur. Dərini möhkəmləndirir. Bütün dəri tipləri üçün uyğundur. Mütəmadi olaraq istifadə etdikdə sızanaq, ləkə və qara nöqtə kimi problemləri aradan qaldırır.

Buğda sabunu: ləkələrə qarşı

Hüceyrələri yeniləyir. Tərkibindəki A, B və D vitaminləri sayəsində dəriyə qüsursuzluq bəxş edir. Yara və yanıq ləkələrini, həmçinin sızanaq izlərini yox edir.//mövqe.az

Buna da baxın

Şirinbiyan kökünün faydaları

Whatsapp ilə Paylaş Şirinbiyan kökü çayı 3 stəkan suya 3 çay qaşığı Şirinbiyan kökü qarışdırıb, …