Əsas səhifə / Əsas menu / Gözəllik / Təbii üsulla şampun hazırlamağın yolları
Bizi mobildən daha sürətli  izləyin

Təbii üsulla şampun hazırlamağın yolları

Təbii üsulla şampun hazırlamağın yolları

ssss

Saçlarımızın təmiz və canlılığı üçün ən çox istifadə olunan təmizləyici maddə şampundur. Hər birimiz şampun alarkən saçımızın yağlılığına, boyalı olub-olmamağına görə şampunu seçirik. Lakin istifadə etdiyimiz şampunların tərkibindəki kimyəvi maddələr ən başda insan sağlamlığına və saça zərərlidir.

Sizə evdə təbii şampun hazırlamağı təklif edirik. Bununla sağlamlığınızı sığortalamış olarsınız.

Lazım olanlar

1 xörək qaşığı limon suyu, 1 xörək qaşığı bal, 1 stəkan isti su, paçkada çobanyastığı çayı.

Hazırlanması

Suyu qızıdırın, amma qaynatmayın. 1 stəkana 1 yemək qaşığı bal, 1 yemək qaşığı limon suyu qatın, isti suyu üzərinə əlavə edib, yaxşıca qarışdırın.

Qarışım narıncı rəngə dönənə qədər çobanyastığı çayını suya salın.

Beləliklə, bitki mənşəli şampunu hazırlayıb normal şampun kimi istifadə edə bilərsiniz.

Buna da baxın

Saç uzatan kefirli kür

Whatsapp ilə PaylaşSaç uzatan kefirli kür Saçlarınızın tez uzanmasını istəyirsinizsə, saç uzadan kefirli kürü sınayın. …