Əsas səhifə / Manşet / Tərəvəzli fransız şorbası
Bizi mobildən daha sürətli  izləyin

Tərəvəzli fransız şorbası

j
Tərkibi:

toyuq – 1 ədəd
noxud – 100 q
lobya – 100 q
kəvər (ağ hissəsi) – 50 q
turşəng – 50 q
turp – 1 ədəd
kök – 1 ədəd
bitki yağ ı- 2 xörək qaşığı
cəfəri və ya şüyüd – 4 şaxə
qara istiot (döyülmüş) – zövqə uyğun
duz – zövqə uyğun
xama – zövqə uyğun

Hazırlanma qaydası:

Toyuq bulyonu hazırlayıb bulyonu süzürük – 1,5 litr.

Noxudla lobyanı 6-8 saat əvvəldən isladırıq. Bulyonu qaynama həddinə çatdırıb noxudla lobyanı əlavə edirik, vam odda 40-50 dəqiqə bişiririk.

Köklə turpu nazik çubuq şəklində doğrayıb bitki yağında qızardırıq.

Baş soğanla kəvəri xırda doğrayıb bitki yağında ayrıca qızardırıq.

Turşəngi, cəfərini xırda doğrayırıq.

Qızardılmış tərəvəzlərin hamısını və turşəngi şorbaya tökürük, şorbanı duzlayıb və istiotlayırıq və daha 5 dəqiqə vam odda saxlayırıq.

Süfrəyə verərkən şorbaya xama əlavə edir, üzərinə şüyüd səpirik.