Əsas səhifə / Manşet / Təzə yumurtanı fərqləndirməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Təzə yumurtanı fərqləndirməyin yolları

yumurta_dilimleyici_alt_1

Xalq arasında yayılmış yalnış fikirləri bir kənara qoyun. Yumurtanın ölçüsünə və rənginə görə onun təravətini və keyfiyyətini müəyyən eymək olmaz.

İlk növbədə yumurta tam olmalıdır, çatsız, dəliksiz və çirksiz.

Az-maz duzlanmış bir stəkan suya salınan təzə yumurta o dəqiqə suda batıb, stəkanın dibinə gedər. Əgər yumurta stəkanın ortasında qalsa, deməli yumurtanın keyfiyyəti elə də yaxşı deyil. Onu yalnız bişirəndən sonra istifadə etmək olar. Batmayan yumurtanı isə, o saat atmaq olar, çünki o lax yumurtadır.

Əgər təzə yumurtanı sındırıb, boşqaba töksəniz, yumurtanın ağı formada qalacaq və sarısı tam yumru şəkildə olacaq. Lakin köhnə yumurtanın ağı boşqaba yayılacaq, sarısı isə yastı şəkildə olacaq.

Yumurtaların uzun müddət təzə qalması üçün onları iti ucu aşağı formada soyuducuda saxlamaq lazımdır. Yumurta heç vaxt yuyulub saxlanılmamalıdır, o yalnız hazır istifadə edilən zaman yuyulmalıdır.

 

Qadinklubu.com

Buna da baxın

5 qaşıq dieti

Whatsapp ilə Paylaş Arıqlamaq üçün ilk əvvəl yediyimiz qidaların kalori dəyərinə, daha sonra miqdarına əhəmiyyət …