Əsas səhifə / Manşet / Tahin-bəhməz möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Tahin-bəhməz möcüzəsi

Tahin-bəkməz möcüzəsi

Tahin (küncüt yağı) ağ susamın əzilərək, emal olunduqdan sonra əldə edilən yağına deyilir. Bütün böyük marketlərdə tahini əldə etmək mümkündür. Bir çox xəstəliklərin qarşısının alınmasında tahin böyük əhəmiyyətə malikdir. Qadınklubu.com tahinin orqanizmə faydalı tərəflərini araşdırıb.

Tahin hüceyrələrin yenilənməsi üçün lazım olan bir çox mineral və vitaminlərin daşıyıcısıdır. Tahin E, C və B vitaminləri ilə olduqca zəngindir. Xərçəng xəstəliyinin müalicəsində olduqca xeyirlidir. Tərkibindəki antioksidan xərçəngə yoluxmuş hüceyrələrlə mübarizə apararaq sağalmağa kömək edir.

Damar sıxılmaları və tıxanmalarının qarşısını almaqda xeyirlidir. İmmuniteti gücləndirir. Orqanizmdəki zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorumanı təmin edir.

Öd daşının düşürülməsində, nəfəs çatışmamazlığı və bronxit xəstəliklərinə qarşı faydalıdır. Ürək və damar xəstəliklərində də istifadə edilməsi çox faydalıdır.

Yaşlılıqla əlaqədar olaraq rastlanan yaddaş pozulmasının (Alzheimer) qarşısının alınmasında müsbət təsirə malikdir.

Ana sütünün artırılmasında xeyirli olan tahin , uşaqların beyin və zəkasının inkişafında müsbət təsirə malikdir.

Eyni zamanda sümüklərin möhkəmlənməsində sözügedən yağın xeyiri əvəzedilməzdir. Ona görədə proteinlə olduqca zəngin olan bu qidanı uşaqlarınıza sevdirməyə çalışın.

Özünəməxsus qoxusu olan tahin suyla təmas etmədiyi təqdirdə uzun müddət saxlamaq mümkündür.

Tahindəki E vitamini olduqca güclü antioksidandır. Bu vitamin orqanizmin enerjisini artırır.

Seks hormonlarının inkişafına kömək edir

İki xörək qaşığı tahində  yarım kilo can ətindəki  (inək ətindəki ən yumşaq və sümüksüz olan hissə)  qədər protein vardır.

Adi halda dadlı olmasa da bəhməzlə qarışdırıb yesəniz, həm daha faydalı, həm də ləzzətli olacaq. Belə olduğu halda, qanı artırar və bununla belə enerjili olub, qış aylarında üşüməməyizə kömək olar. Çünki tərkibi protein, vitamin, antioksidanlarla  olduqca zəngindir.

Eyni zamanda xolesterolu olmayan bu qidanı heç bir qatışım olmadan istifadə edərsinizsə, mədə problemlərinizin qarşısının alınmasında da xeyirli olacaq. Bundan əlavə mədədə qida həzminin bir müddət gecikməsini təmin edərək, acımağınızı gecikdirər.

Tahin-bəhməz hazırlayarkən nisbət necə müəyyən edilir?

Tahin bəhməz nisbəti insanların öz zövqlərinə görə nizamlana bilər. Lakin ümumiyyətlə 25% tahin, 75% isə bəhməz olaraq bir qarışıq hazırlanır. Tahin bəhməz həm vitaminli olması, həm də insanı tox saxlayan qida kimi bilinir. Əgər qızıl nisbət adlandırılan qaydaya əməl edərək hazırlansa, çox ləzzətli bir qida əldə edərsiniz. Tərkibindəki vitaminlər, antioksidantlar bədəni gümrah edər və qışda soyuqdan üşüməməyinizi təmin edər. Tahinin tərkibində 55-60 % nisbətində yağ olduğundan, bədənə enerji verən xüsusiyyətə sahib olur və yağ turşularının meydana gəlməsini təmin edər. Bəhməzin tərkibindəki dəmir, kalsium hər yaşda adama məsləhətdir. Qan artıran xüsusiyyətə malik olduğundan qan azlığı olanlara, hamilə qadınlara, inkişaf dövründə olan uşaqlara çox faydalı olan qiymətli bir qidadır.

Tahinin tərkibindəki E vitamini ürək və damar xəstəliklərini, hüceyrə yeniləməsini təmin edir. Maddələr mübadiləsinin sürətlənməsinə yardımçı olur. Tahin və bəhməz hər kəsin bildiyi bir qarışıqdır. Sanki ayrılmaz bir ikili kimidirlər. Səhər yeməklərində və şirniyyat ehtiyacının aradan qaldırılmasında tövsiyə edilir. Zehin açıcı, gümrahlıq verici və enerji verən təsiriylə, tahin bəhməz qarışığı qış dövrünün imtina edilməyən yeməklərindən biridir. Bu görə tahin bəhməz nisbəti nizamlanaraq, səhər yeməyində istifadə edilə bilər.

Buna da baxın

Dəmirlə zəngin qidalar

Whatsapp ilə Paylaş Dəmir bədənimizin ən çox ehtiyac duyduğu bir vitamindir. Xüsusilə qan və sümük …