Əsas səhifə / Manşet / Tam fərqli feyxoa mürəbbəsi
Bizi mobildən daha sürətli  izləyin

Tam fərqli feyxoa mürəbbəsi

h

Adətən biz feyxoanı blenderdə əzib və ya ətçəkən maşınından keçirdib şəkər tozu ilə qarışdırırıq.

Sizə təqdim etdiyimiz mürəbbə resepti isə tam fərqlidir. Mürəbbə həm dadlı, həm də çox gözəl alınır. Əsl süfrə bəzəyi!

Lazım olan məhsullar:

Feyxoa – 0,5 kq
Şəkər tozu – 250 qr
Su – 0,5 l
Konyak – 2 ç.q.

Hazırlanması:

  1. Tam yetişmiş feyxoa götürürük. Feyxoanın qabığını soyuruq (qabıqları atmırıq). Feyxoa çox bərkdirsə, meyvələri iti çəngəllə iki tərəfdən deşirik. Meyvələri soyuq suya qoyuruq ki, rəngi tündləşməsin.

  2. Qazanda şəkər tozundan və sudan şirop hazırlayırıq.

  3. Hazır siropa feyxoanın qabıqlarını tökürük və 5 dəqiqə ərzində vam odda qaynadırıq. Daha sonra siropu süzgəcdən və ya tənzifdən yaxşı süzürük.

  4. Siropa feyxoa meyvələrini tökürük və orta odda 40 dəqiqə ərzində bişiririk. Mürəbbəni vaxtaşırı olaraq qarışdırmaq lazımdır. Hazın olana 1 dəqiqə qalmış mürəbbəyə konyak əlavə edirik.

  5. Mürəbbəni steril bankalara yığırıq, dəmir qapaqlarla bağlayırıq, qapaqları aşağı olmaqla süfrənin üstünə düzürük və isti ədyalla bükürük. //saglamolun.az

Buna da baxın

Yaxşı mürəbbə bişirmək üçün bunları edin

Whatsapp ilə Paylaş Mürəbbələr gözəl olması, bir müddət sonra şəkərlənməməsinə yalnız ölçülərinin yaxşı nizamlanması ilə …