Bizi mobildən daha sürətli  izləyin

Tatar peraşkisi

teleqraf.com142980087011006477_787228111354523_6092081024627309324_n

Tatar peraşkisi

Tərkibi:

-100 qram kərə yağı

-2 stəkan un

-Bir çimdik duz, soda

-1 stəkan kefiri

-2 yumurta

İçlik hazırlamaq üçün:

-Ət

-Kartof

-Soğan

-Duz

-İstiot

Hazırlanması:

100 qram kərə yağını əridin, un, duz, soda əlavə edin, qarışdırın. Sonra 2 yumurtanı, 1 stəkan kefiri və ya qatığı əlavə edin. Xəmir yoğurun, lazım olarsa un əlavə edin. Xəmir pelmeni, xəmiri kimi yumşaq olmalıdır.

İçi hazırlayın. Çiy kartofu, soğanı, əti kubik formasında doğrayın. Duz, istiot qarışdırın.

Xəmirdən balaca kökə düzəldin, gürcü xəngəli kimi. Ortasını boş saxlayın. Ortasına hazırladığınız içi qoyun, kənarlarını bükün. Soba tavasına yağlı kağız sərin, 200 dərəcədə bişirin. 20 dəqiqədən sonra sobaya nəzər salın, peraşkilərin içində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyun və tavanı yenidən sobaya qoyun. 20 dəqiqədən sonra yenidən sobaya baxın. Peraşkilər qızarmağa başlayır, daxilindəki bulyon qaynayır. Peraşkilərin üzərinə yumurta çəkin, qaşıqla içliyi yüngülcə basın. Daha 15 dəqiqə sobada qızardın, peraşkilər hazırdır. Peraşkiləri bir qazana yığın, qapağını örtün. Soyuyandan sonra yeyə bilərsiniz.

Nuş olsun!