Əsas səhifə / Manşet / Tava kababı resepti
Bizi mobildən daha sürətli  izləyin

Tava kababı resepti

Lazım olan ərzaqlar:

  • 750 qr orta yağlı qiymə
  • 1 ədət baş soğan
  • Yarım dəstə cəfəri
  • 1 ədət qırmızı bibər
  • 2 diş sarmısaq
  • 2 ədəd pamidor
  • 4 ədət çarliston bibəri
  • 1 çay qaşığı tomat
  • 1 çay qaşığı duz
  • Yarım çay qaşığı qarabibər
  • 1 çay qaşığı pulbibər
  • 1 çay qaşığı acı toz bibər

Hazırlanma qaydası:

Soğanı, cəfərini, qırmızı bibəri və sarmısağı blendrdan keçirin. Blendrdan keçirdiyiniz ərzaqları qiymənin üzərinə əlavə edib duzu, qarabibəri, pulbibəri və acı toz bibəri də səpərək qiyməni əlinizlə yoğurmağa başlayırsınız. Qiyməni yaxşıca qarşıdırandan sonar bir kənara qoyun. Nazik və enili bir tavanı götürüb tomatı sanki tavanı yağlayırsınız kimi qabın hər tərəfinə əlinizlə yayın. Qiyməni tomatladığınız tavaya töküb yaymağa başlayın. Bıçaqla pizza formasında kəsib üzərinə dörd hissəyə bölünmüş pomidorları və çarliston bibərini düzüb sobada 200 dərəcədə bişirə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Kağız kababı resepti

Whatsapp ilə Paylaş Kağız kababı resepti Tərkibi: -500 q quşbaşı doğranmış dana əti, -2 kök, …