Əsas səhifə / Manşet / Tavada “Praqa” tortu
Bizi mobildən daha sürətli  izləyin

Tavada “Praqa” tortu

Tərkibi:

  • 2 yumurta
  • 1 qab qatılaşdırılmış süd
  • 150 qr xama
  • 20 qr kakao
  • 250 qr un
  • 230 qr şəkər tozu
  • 1 çimdik duz
  • 1 ç/qaşığı qabartma tozu

Krem üçün:

  • 125 ml süd
  • 1 qab qatılaşdırılmış süd
  • 1 yumurta
  • 25 qr un
  • 2x/qaşığı şəkər tozu
  • 200 qr kərə yağı

Sirop:

  • 2 x/qaşığı şəkər tozu
  • 2 x/qaşığı isti su
  • 1 x/qaşığı konyak

Qlazur üçün:

  • 100 qr şokolad
  • 10 qr duru yağ(qoxusuz)

Üzəri üçün:

  • Cem zövqə görə

Hazırlanması:

Unu kakao və duzla qarışdırırıq. Ələkdən keçiririk. Yumurtaları çırpırıq. Şəkər tozu və qatılaşdırılmış südün yarısını əlavə edib, qarışdırmağa davam edirik. Daha sonra xamanı əlavə edərək, qarışdırırıq. Sonra unu əlavə edib, qatı xəmir əldə edənə qədər qarışdırırıq. Tava ocaqda bir qədər isindikdən sonra xəmirin yarısını əlavə edib, yayırıq. Qapağını bağlayıb 5-6 dəqiqə bişiririk. Xəmir bişməyənə qədər qapağını açmayın.

Kremin hazırlanması:

Qatılaşdırılmış südün yarısını südlə qarışdırırıq. Əldə etdiyimiz qarışımın 3x/qaşığını una əlavə edərək qarışdırırıq. Digər qabda yumurtanı çırpırıq. Üzərinə un, qatılaşdırılmış süd əlavə edib qarışdırırıq. Ocaqa qoyub qatılaşana qədər bişiririk. Otaq temperaturunda yumşalmış yağı mikserlə qarışdıraraq, əvvəlcədən bişirdiyimiz kremi üzərinə az-az əlavə edərək, qarışdırmağa davam edirik.

Şəkər siropu:

2 x/qaşığı şəkər tozu, 2 x/ qaşığı isti su və 1 çay qaşığı konyak (konyak vurulmasa da olar)əlavə edib, qarışdırırıq. Siropu biskivitlərin üzərinə çəkib, üzərindən isə krem çəkirik. Biskivitləri üst-üstə düzüb üzərinə cem çəkirik.

Qlazur:

Su hamamında şokoladı əridib tortun üzərinə çəkirik. Tortu 2-3 saat soyuducuda saxladıqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Zərif tortu

Whatsapp ilə PaylaşTərkibi: 140 qr un 1 qr duz 4 qr qabartma tozu 0.5 qr …