Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Tavada toyuq kababı
Bizi mobildən daha sürətli  izləyin

Tavada toyuq kababı

1429589802_b0c18bfd197e3ca87bf62436e8495ffe

Tavada toyuq kababı

Tərkibi:

-500 q toyuq filesi
– 3 xörək qaşığı zeytun yağı
-1 ədəd baş soğan
-1 ədəd limon
– 3 diş sarımsaq, doğranmış
-1 xörək qaşığı doğranmış təzə cəfəri
– 1 çay qaşığı duz
– 1/2 çay qaşığı istiot
– Qızartmaq üçün bitki yağı

Hazırlanması:

3 xörək qaşığı yağ, sarımsaq, cəfəri, 1 çay qaşığı duz, limon limon şirəsi və istiotu bir qabda yaxşı qarışdırın. Xırda tikələrə bölünmüş fileni hazırladığımız qarışığın içinə tökürük. Üstünü polietilen plyonka ilə örtüb, 2 saatlığa soyuducuya qoyun.

Çöp şişləri yarım saatlıq suda saxlayın. Sonra toyuq tikələrini şişə keçirin. Bitki yağı əlavə edib,tavanı isidin. Şişləri tavaya qoyub, qapağı örtərək 8-12 dəqiqə 1 dəfə çevirməklə bişirmək lazımdır. Hazır olan kimi servis etmək lazımdır.

 

Nuş olsun!

Buna da baxın

Pendirli toyuq kotleti resepti

Whatsapp ilə Paylaş  Tərkibi: 1 kilo çəkilmiş toyuq əti (hinduşka əti də ola bilər) 2 …