Əsas səhifə / Əsas menu / Praktika / Tavada yağ sıçramasın deyə… Mətbəx sirləri
Bizi mobildən daha sürətli  izləyin

Tavada yağ sıçramasın deyə… Mətbəx sirləri

dd

Kartof püresini isti kartofdan hazırladıqda və ona qaynar süd tökdükdə daha zərif olur.

Əgər qayğanağın yumurtasını süd ilə çalsanız (1 yumurtaya 1 xörək qaşığı süd), o, daha dadlı və zərif olar.

Kotletin yumşaq olmasını istəyirsinizsə, ətə qatılacaq çörəyi süddə isladın və sıxmadan ətə qatın.

Təzə südü işıqda saxladıqda, tərkibində olan A və C vitaminləri itir.

Ət nə qədər vam odda bişərsə, bulyon bir o qədər şəffaf olar.

Xəmir yoğrulmamışdan əvvəl un ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.

Göyərtini xörəyə süfrəyə verilən gün tökmək lazımdır. Belə ki, xörək səhəri günə qalsa, göyərti xörəyi korlayar.

Əriyin tumunu atmayın. Onları qurudun və saxlayın, çünki onlar badamı əvəz edə bilər.

Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dilimləri qoyduqda, un və düyüdə qurd əmələ gəlməz.

Tavada yağ sıçramasın deyə, onun içinə azca duz səpmək lazımdır