Əsas səhifə / Əsas menu / Sağlamlıq / Teflon qazanların təhlükəsi
Bizi mobildən daha sürətli  izləyin

Teflon qazanların təhlükəsi

cover

Bu gün çox az adam tapılar ki, teflon qazanlardan istifadə etməsin. Çünki belə qazanlarda həm yemək qazanın dibinə yapışmır, həm də məhsulları yaxşı qızardır. Lakin dünyanın müxtəlif ölkələrində teflonla bağlı aparılan bir çox elmi araşdırmalar nəticəsində məlum olub ki, teflon heç də biz bildiyimiz qədər ziyansız materialdan hazırlanmırmış.

Araşdırmalara əsasən, teflon qazanlar güclü qızma nəticəsində çox ziyanlı maddələrin ifrazına səbəb olur ki, bu maddələr də insan sağlamlığına mənfi təsir edir. Qazanı qaşıqla qarışdırdıqda teflonlar xırda-xırda qoparaq yeməyə qarışır və bu öz növbəsində orqanizmdə öz işini görür. Zamanla da xərçəng xəsətliyinin yaranmasına səbəb olur. Bu qazanları hazırlayan şirkət yeməyin 260 C-dən yuxarı istilikdə hazırlanmasını məsləhət görmür.

Əgər teflon qazanda cızıqlar və ya istənilən digər zədələr əmələ gəlibsə, qazanı və ya tavanı dərhal tullamaq lazımdır. Teflonun zədələnməsi nəticəsində qidaya ziyanlı maddələr keçir. Bu səbəbdən teflon tavalarda və qazanlarda qida hazırladıqda bıçaqdan, çəngəldən və sairə metal əşyalardan istifadə etmək olmaz. Qidanın hazırlanması zamanı yalnız taxta yaxud plastik alətlərdən istifadə etmək məsləhətdir.

Baxmayaraq ki, teflon örtülü tava və qazanlar çox geniş istifadə olunur, onlara dünyada olan münasibət birmənalı deyil. Məhz bu səbəbdən bir çox həkimlər teflon qazanlardan istifadə etməyi məsləhət görmür. Bu barədə dəqiq məlumat almaq üçün həkim androloq Həsən Səmədova müraciət etdik.

O bildirdi ki, bu tip məhsulların daxili emalı standartlara uygun olmalıdı. Belə qazanları uzun müddət isitmək və qızdırmaq olmaz. Çünki emalın temperatura dözümlülüyü var, quru temperaturda bu emalda olan maddələrin oksidləşməsi, emalın destruksiyası yarana bilər. Bundan əlavə emalın zədələnməsi baş verə bilər ki, bu da qabın öz materialının yeməklə kontaktına gətirib çıxarır. Və sonra bu qablarda bişən qidaların tərkibinə oksidləşmiş maddələr, agır metal duzları, silisiumlu birləşmələr daxil ola bilər. Bu da öz növbəsində həzm sistemi orqanlarının xərçəngi, qan yaranma sisteminin xəstəlikləri, vitamin mübadiləsi pozulmasına qədər ağır xəstəliklərə gətirib çıxarda bilər. Bundan başqa isə belə qabların xüsusi firma tərəfindən istehsal olunmasına, emalına, keyfiyyətinə diqqət etmək lazımdı. Qısa bir misal: zədələnmiş emalın mikro çatlarında köhnə yemək qalıqları və yuyucu maddələrin qalıqları da ciddi fesadlar yarada bilər.

Həkim məsləhəti ilə bərabər düşündük ki, bu məsələdə kulinar məsləhəti də yararlı olar. Bununla bağlı Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanova müraciət etdik.

O bildirdi ki, müxtəlif tədqiqatlar da teflon qazanlarda bişirilən yeməklərin ziyanlı olduğunu təsdiqləyib. Bişirilən yeməklərin dadlı olması ilə bərabər, keyfiyyətli olması da önəmlidir. Ona görə də qalaylı mis qazanlara, dəmir tavalara, gil və daş qazanlara üstünlük vermək lazımıdır: “15-ci əsrdə Sultan Muradın sarayında işləyən aşbaz azərbaycanlı olub. O yazırdı ki, yeməkləri daş qazanda bişirir. Ət bişirdikdə gil qazanda bişirin. Çünki gilin istillik keçirmə əmsalı ətin istilik keçirmə əmsalına yaxındır”.//atv.az

Buna da baxın

Bu xəstəlik qadınları sevir!

Whatsapp ilə Paylaş Hər yerim ağrıyır, yuxum qaydasında deyil, səhərlər yorqun oyanıram, heç cür dincələ …