Əsas səhifə / Əsas menu / Ana və uşaq / Televizora çox baxan uşaqlar hansı xəstəliklərə qurban gedir?
Bizi mobildən daha sürətli  izləyin

Televizora çox baxan uşaqlar hansı xəstəliklərə qurban gedir?

uuTelevizora çox baxan uşaqlar hansı xəstəliklərə qurban gedir?

Gün ərzində hətta bir saat televizor qarşısında olmaq uşaqlarda piylənmə ehtimalını xeyli artırır.

Virciniya Universitetindən (ABŞ) olan tədqiqatçılar belə qənaətə gəliblər.

Alimlər 10 min uşağın bədəninin kütləsini ölçüblər və onların orqanizminə təsir göstərən əsas xarici mühit amillərini müəyyənləşdiriblər. Amerika alimlərini xüsusən uşağın hər gün kompyuter və televizor qarşısında nə qədər vaxt keçirdiyi maraqlandırırdı. Bir ildən sonra tədqiqatçılar ölçmələri təkrarlayıblar. Gün ərzində televizor qarşısında azı bir saat vaxt keçirən uşaqların bədən kütləsinin indeksi daha yüksək olub ki, bu da artıq çəkinin olduğunu göstərir. Bu qrup arasında piylənmiş uşaqlara daha çox rast gəlmək olurdu. Alimlərin qənaəti belədir: 60 dəqiqə televiziya verilişlərinə baxmaq gələcəkdə piylənmə riskini 50-60 faiz artırır.

Qeyd etmək lazımdır ki, piylənmə televizora baxmaqdan inkişaf etmir, bir neçə amilin təsiri altında formalaşır: bunlar fiziki aktivliyin olmaması, düzgün qidalanmama, gündəlik rejimin pozulması, endokrinoloji xəstəliklərdir. Ekspertlər televizorun ən maraqlı və aktual asudə vaxt növünə çevrilməməsi üçün valideynlərə öz uşaqları ilə məşğul olmağı məsləhət görürlər.