Əsas səhifə / Əsas menu / Gözəllik / Tez yağlanan saçlar üçün əla təkliflər
Bizi mobildən daha sürətli  izləyin

Tez yağlanan saçlar üçün əla təkliflər

j

Tez yağlanan saçlar saç modelinizin tez pozulmasına, saçın çirkli və sönük görünməsinə səbəb olur.

Qadınklubu.com-un aşağıda təqdim etdiyi təklifləri tətbiq etməklə yağlı saçların səbəb olduğu problemləri minimuma endirə bilərsiniz.

Saçlara tez-tez toxunma

Saçları çox tez daramaq və əllərinizlə oynatmaq tez yağlanan saçların başlıca səbəblərindən birdir. Saçlarınızla oynadığınız zaman əllərinizdə olan tər, yağ və çirklər saçlarınızın yağlanılmasına yol açır. Tez daramaq da yağ istehsalını artırır.

İsti sudan istifadə

İsti su saç dərisini qurudaraq çox yağ istehsalına səbəb olur. Bu səbəblə saçlarınızı yuduğunuz suyun isti olmamasına diqqət edin. Soyuq su istifadə edə bilmirsinizsə ilıq suyla yuyun.

Kremli şampunlardan uzaq durun

Doğru şampunu seçmək hər saç tipi üçün çox əhəmiyyətlidir. Yağlı saçlara sahib olan şəxslər də saçlarının tez yağlanmaması üçün kremli şampunlardan uzaq durmalıdırlar. Eyni zamanda saçlarını yaxşı islatmağa da diqqət yetirməlisiz. Yaxşı durulanmayan saç da tez yağlanır. Həftədə 1-2 dəfə kəpəyə qarşı şampun istifadə edə bilərsiniz.

Saçları çox tez düzləşdirmək

Düz saçlar başa yapışıq dayandığı üçün tez yağlanır. İstilik də yağ istehsalını artırır. Buna görə hər duşdan sonra saçınızı düzləşdirmək vərdişinizdən imtina edin. Fendən uzun müddət istifadə etməyin.

Qıdalanmaya diqqət

Həddindən artıq yağ istehsalına səbəb olan, dərinizi yağlandıracak yeməklərdən uzaq durun. Yağlı dəri yağlı saçlar deməkdir. Saçları tez yağlananlar xüsusilə fast food qəbul etməkdən qaçmalıdırlar.

Buna da baxın

Göbələk şorbası

Whatsapp ilə PaylaşTərkibi 8-9 ədəd göbələk 1 ədəd kiçik soğan 1 su stəkanı süd 1 …