Əsas səhifə / Manşet / Toksin münasibət nədir?
Bizi mobildən daha sürətli  izləyin

Toksin münasibət nədir?

 

toksik-iliski-nedir

Bir çox qadın və kişi, münasibətdə olduğu müddətdə, qarşısındakı adama duyduğu heyranlıq, eşq ya da digər hisslər səbəbiylə, o adam haqqındakı pis düşüncələrini özündən uzaq tutur. Lakin aradan zaman keçir və siz ayrılırsınz. Bundan sonra, geriyə baxdığınız zaman görürsünüz ki, keçmişdə aşiq olduğunuz adamın əslində sizə qarşı nə qədər kobud imiş. Hərəkətlərindəki yanlışlıqları görürsünüz. İndiyə qədər bu cür vəziyyətlərə dair dəqiq bir təyin etmə ya da adlandırma mövcud deyildi. Ancaq son günlərin məşhur anlayışı toksin münasibət tam olaraq izah etmək istədiyimiz şeyi, izah etməyi bacarır.

Yaxşı bəs, bu toksin münasibət nədir?

Əsasən sizi içdən içə zəhərləyən və bu zərəri gizlədərək, onu anlamağınızı çətinləşdirən əlaqələrə ədəbiyyatda toksin münasibət deyilir. Toksin münasibət zamanı , siz sevgilinizi çox sevdiyiniz halda, özünüzü xoşbəxt hiss etmirsiniz. Özünüzü sevgilinizə bəyəndirmək üçün səy göstərir, lakin ondan gələn mənfi rəylər sizi pis hiss etdirir.

Bu tip əlaqələrdə, tərəflərdən biri digərini bəyənmir. Lakin bunu qarşı tərəfə söyləmək yerinə, hərəkətləri ilə soyuqluq yaratmağa çalışır. Digər şəxs isə aşiq olduğu insanı xoşbəxt edə bilmək üçün ona yaranmağa çalışır. Sevgilisinə “layiq olmaq” üçün,  daha yaxşısını edə bilmək adına özünü yormağa başlayır. Təbii ki, belə bir münasibət bir tərəfi yormaqla bərabər, digər tərəfi bezdirir. Heç vaxt qarşısındakı insandan məmnun olmur.

Gündəlik həyatınızdakı gözəl hadisələrdən zövq almırsınızsa, dəyərsiz olduğunuzu düşünürsünüzsə, ən yaxşısı bu toksin münasibətdən imtina edin. Əks halda depresiyaya düşə bilərsiniz. Toksin münasibətlərdən xilas olaraq, xoşbəxt münasibətlər qurmağa çalışın. Bu zaman sizin gələcəyiniz daha uğurlu olub, ən əsası özünüzü sevməyə başlayacaqsınız.

 

Qadinklubu.com

Buna da baxın

Davamlı münasibətə sahib olmanın yolları

Whatsapp ilə Paylaş Uzun sürən bir münasibətə sahib olmaq istəyirsinizsə, ilk növbədə bəzi məqamlara diqqət …