Əsas səhifə / Əsas menu / Gözəllik / Tonal kremin düzgün istifadəsi
Bizi mobildən daha sürətli  izləyin

Tonal kremin düzgün istifadəsi

Fondöteni-Nasıl-Uygulamalıyım

Makiyajın gözəl və təsirli görünməsi üçün üzdə olan damar çatlamalarının, çillərin, ləkələrin bağlanılması və dərinin makiyaj üçün hazırlanması vacib məsələdir. Tonal Krem bu mənada üzə sehrli bir toxunuş qədər təsir edir. Hal-hazırda bir çox tonal krem növü və markası var. Tonal kremin keyfiyyətli olmağı, xüsusi ilə dəri sağlamlığı baxımından və həssas dərilərin qorunması üçün olduqca əhəmiyyətlidir.

Bu məhsullardan dəri tipinizə uyğun olanınə doğru seçməklə bərabər, onun düzgün tətbiqini də bilmək də şərtdir. Yanlış tətbiq olunan bir tonal krem sizi olduğunuzdan daha yaşlı göstərəcəyi kimi, makiyajınızı da əhəmiyyətsiz edəcək.

Tonal kremin düzgün istifadəsi necə olmalıdır?

  1. Tonal kremi üzünüzə çəkməmişdən əvvəl dərini kremə hazırlamaq lazımdır. Bir pambıq və üz təmizləmə suyu ilə üzünüzü əvvəlcə yaxşıca təmizləyin.

2.Tonal kremi bir fırçanın köməyiylə üzün mərkəzindən başlayaraq, bütün üzünüzə sürtün. Tonal kremi incə bir təbəqə halında sürtməyə diqqət etmək lazımdır, çünki qalın tonal krem təbəqəsi sizi olduğunuzdan daha yaşlı göstərməyə səbəb olur.

3.Fırçayla sürtdüyünüz tonal kremi bir süngərin köməyiylə yaxşıca yayın.

4.Göz qapaqları və gözaltı üçün tonal kremi ilə eyni rəngdəki bir korrektordan istifadə edin.

5.Yumşaq və kiçik bir fırça ilə tonal krem üzərinə pudranızı tətbiq edin. Pudra üz cizgiləri istiqamətinə görə tətbiq edilməlidir. Tonal krem qədər pudranın da keyfiyyətli bir məhsul olmağı dərinizin sağlamlığı baxımından əhəmiyyətlidir.

Buna da baxın

Gözəlliyinə kölgə salacaq kosmetik səhvlər

Whatsapp ilə Paylaş Gözəl görünmək hər bir xanımın arzusudur. Bunun üçün vaxtına, büdcəsinə verdiyi ziyan …