Əsas səhifə / Əsas menu / Gözəllik / Tonal kremi belə istifadə edin
Bizi mobildən daha sürətli  izləyin

Tonal kremi belə istifadə edin

Siyah-noktalar

Tonal kremlər makiyajın əsas vasitələrindən biridir. Buna görə də, onu düzgün şəkildə istifadə etmək lazımdır. Qadinklubu.com tonal kremin düzgün istifadəsini təqdim edir.

İstifadədən əvvəl

Tonal krem vurmamışdan  əvvəl üzünüzü  buna hazırlamalısınız. Bu hazırlıq hər dəri formasına görə dəyişir. Məsələn, quru bir dəriniz varsa nəmləndirməlisiniz. Bu zaman dəri bütün tonal kremi əmməz və daha təbii görünüş əldə edərsiniz.  Lakin nəmləndiricini çox çəkməməyə diqqət etməlisiniz.  Çünki həddindən çox nəmləndirilmiş üz dərisi,  makiyajın bir saat sonra axmasına səbəb olar.

Fırça

Tonal kremin tətbiqinin ən asan yollarından biridir. Fırçalar çox fərqli ölçülərdə və formalarda ola bilər.  Əgər kiçik bir üzünüz varsa, daha kiçik fırçalardan  istifadə etməlisiniz.  Beləcə, tonal krem üzünüzə bərabər yayılacaq. Tonal kremi üzünüzə tətbiq etmək üçün istifadə etdiyiniz fırçanın yanında, tonal kremi yaymaq üçün istifadə edəcəyiniz təmiz bir fırça olmalıdır. Kremi çəkməyə üzünüzün ortasından başlayın.  Ümumiyyətlə bu bölgə, tonal kremə ən çox ehtiyac olan bölgədir. Daha sonra təmiz bir fırçayla tonal kremi üzünüzün kənarlarına doğru yayın.

Süngər

Süngərlərlə də əməliyyat eynidir.  Tonal kremi alnınıza çəkərkən, qaşlarınıza bulaşa bilər. Belə bir vəziyyətdə yenə süngərin təmiz ucuyla ya da təmiz barmaqlarınızla qaşlarınızı təmizləyə bilərsiniz.

Buna da baxın

Makiyajda uyğun rəng çalarları

Whatsapp ilə Paylaş Kosmetik vasitələrdən istifadə edərkən rəng çalarlarını bir-birilə düzgün uyğunlaşdıra bilsəniz, gözəl nəticələr …