Əsas səhifə / Manşet / Tort dekoru üçün “Mastikanın” hazırlanması – Video
Bizi mobildən daha sürətli  izləyin

Tort dekoru üçün “Mastikanın” hazırlanması – Video

k

Mastika əslində iki növ hazırlanır: quru süd və ya sufle-konfetlər ilə.

Quru südlə hazırlanan mastika adətən tortun üzərini örtmək üçün istifadə edilir. Sulfe-konfetlə hazırlanan mastika isə fiqurların düzəlməsi üçün daha əlverişlidir. Qadınklubu.com sizlərə sufle konfetlərlə rahat mastikanın (şirin xəmir) hazırlanma qaydasını təklif edir.

Qeyd: Sufle konfet marşmelou konfetidir, hansı ki, zefirin bir növü kimi tanınır.

Tərkibi:

100 qram Sufle-konfet(marşmelou-zefirin bir növü)
30 qram kəzə yağı
200 qram şəkər pudrası
Qida boyası
Nişasta

Hazırlanması:

Sufle-konfetləri və 30 qram kərə yağını buxar vannasında və ya mikro-dalğalı sobada əridin. Çox əriməməsinə diqqət edin. Su kimi olarsa əgər mastika alınmayacaq. Bir qədər yumşaldıqdan sonra sobadan gətirib şəkər pudrasını qarışdıra-qarışdıra əlavə edin. Ağ rəngli mastika üçün ağ, rəngli mastikada isə rəngli sufle konfetlərdən istifadə etmək lazımdır. Xəmirin bərk və ya yumşaq olması, əlavə edəcəyiniz şəkər pudrasının miqdarından asılıdır. Normal qayda ilə 200 qram kifayətdir. Əgər bərk xəmir əldə etmək istəyirsinizsə, bir çox şəkər pudrası əlavə etməlisiniz. Əgər mastika bir rəngdə olacaqsa isti-isti rəngini qatmaq məsləhətdir. Belə olan halda rəng daha rahat yayılır. Əgər müxtəlif rəngli olacaqsa, soyuduqdan sonra da əlavə edə bilərsiniz. Bu mastika növü ilə də tortun üzərini örtmək mümkündür. Əgər bu məqsədlə istifadə ediləcəksə, yumşaqlığı əhəmiyyətlidir. Həm yayılması, həm də xəmirin üzərində rahat şəkil alması baxımından. Hazır olan yumşaq plastilini xatırladan mastikanı, strec-plyonkaya büküb 20-30 dəqiqə soyuducuda saxlayın. Xəmiri soyuducudan çıxartdıqdan sonra adı lavaş kimi yayırıq. Yayarkən yapışmaması üçün şəkər pudradan və ya nişastadan istifadə edə bilərsiniz. Nişasta daha məsləhətlidir, çünki şəkər pudrası xəmirin bərkiməsinə səbəb olacaq. Mastikanı örtəcəyiniz xəmirin üzərinə yağlı krem çəkin. Bu mastikanın təhrif olunmaması, korlanmaması üçün labüddür. Korjlar arasında isə istənilən kremdən istifadə edə bilərsiniz.