Əsas səhifə / Əsas menu / Yemək reseptləri / Şirniyyatlar / Tort üçün ideal biskvitin hazırlanma qaydası
Bizi mobildən daha sürətli  izləyin

Tort üçün ideal biskvitin hazırlanma qaydası

9

Tərkibi:

-5 yumurta
-1 st. şəkər tozu
-1 st. un
-vanil

Hazırlanması:

Sobanı 170 dərəcə qızdırın.
Yumurtaya şəkər tozu və vanil qatıb mikserin maksimum sürətində 5-10 dəqiqə (daha çox da ola bilər, mikserdən asılıdır) çalın. Kütlə 3-4 dəfə böyüyür, qatı və ağ olur.

Unu ələyin, qaşıqla yumurtalı kütləni aşağıdan yuxarı qaldırmaqla unu daxil edin.
Formanın dibinə perqament döşəyin, həm kağıza, həm divarlarına yağ çəkin. Un səpin. Xəmiri tökün (formanın yarısından azacıq çox). Üzərinə mütləq folqa çəkin (folqanın xəmirə baxan hissəsinə mütləq yağ vurun).
Qızdırılmış sobaya qoyun.

170 dərəcədə 25-30 dəqiqə bişirin, sonra 150 dərəcəyədək azaldıb 25-30 dəqiqə bişirin. Yəni ümumi vaxt 50-60 dəqiqəyə bərabər olacaq. Əsas odur ki, bu müddətdə sobanın ağzını açmayasınız.
Folqanı çıxarın. Biskvitin hündürlüyü 6 sm alınmalıdır. Biskviti ən azı 6-8 saat dinləndirin. Sonra isə ondan tort hazırlaya bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Xamalı kremlə bal tortu

Whatsapp ilə PaylaşTərkibi: 100 qr bal 200 qr şəkər tozu 50 qr kərə yağı 400 …