Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçkilər / Tox qalmaq üçün gündə 1 litr ayran!
Bizi mobildən daha sürətli  izləyin

Tox qalmaq üçün gündə 1 litr ayran!

ayrrr

Yeməklərin yanında əvəzedilməz içkilərdən biri olan ayranın faydalarını saymaqla bitmir.

Türk mətbəxinin məşhur içkilərindən olan ayran, müxtəlif formalarda hazırlansa da, tərkibi, dolayısıyla faydaları da eynidir. Ayranın orqanizmə süddən daha faydalı olduğu deyilir. Belə ki, hər gün içilən bir litr ayran, insanda toxluq hissi yaradır. Çünki ayranda kalsium, yağ, su və protein var.

Az duzlu içildiyi təqdirdə, (ürək və təzyiq xəstələri duzdan uzaq durmalıdırlar), ayran dünyanın ən faydalı içkilərindən biridir. Əgər ayran sizdə qaz yaradırsa, buna səbəb  bağırsaq florasında olan problemlərdir. Eyni zamanda maya allergiyasından əziyyət çəkirsinizsə, bu zaman da ayran içdikdə sizdə qaz yarana bilər.

Ayran və qatıqın  tərkibindəki laktik turşu yuxu əmələ gətirir. Hər ikisinin də sakitləşdirici təsiri var. Ona görə də, yuxusuzluqdan əziyyət çəkənlər, qatıq və ya ayran içə bilərlər.

 

Qadinklubu.com

Buna da baxın

Ayranın bilmədiyimiz faydaları

Whatsapp ilə PaylaşAyranın bilmədiyimiz faydaları Yeməklərin yanında imtina edilməz içkilərdən biri olan ayranın faydalarını saymaqla …