Əsas səhifə / Manşet / Toxunma paltarlara qulluq
Bizi mobildən daha sürətli  izləyin

Toxunma paltarlara qulluq

r

Təbii saplardan olan toxunma paltarlar qadınlar tərəfindən həmişə bəyənilib və dəb sayılıb.

Lakin onlar xüsusi qulluq tələb edir. Belə ki, düzgün istifadə edilmədikdə ya formasını, ya da ölçüsünü dəyişərək geyinilməz hala gəlir.

Qadınklubu.com sevimli qış paltarlarınızı uzunmüddət sevərək geyinə bilməniz üçün bir neçə qayda təqdim edir:

  1. Toxunma paltarları əl ilə yuyun, çox övkələməyin. Yuduqdan sonra sıxmadan səliqə ilə qatlayıb suyu süzülmək üçün qoyun.

  2. Suyu tam süzüldükdən sonra hamar bərk yerdə altına qalın kətan parça sərin, istədiyiniz forma verin və üzərinə ağır, hamar əşya yerləşdirin.

  3. Quruduqdan sonra bir müddət açıq havada saxlayın.

  4. Toxunma paltarlarınızı asqıdan asmayın, səliqə ilə qatlayıb dolabda saxlayın.

  5. Toxunma paltarları ütüləməyin. Bu halda onlar genişlənir və formasını itirir.

  6. Toxunma paltarları ütüləyərkən yandırmısınızsa, yanmış hissəyə baş soğan kəsiyi qoyub 15 dəqiqə gözləyin. Yanıq yeri itəcək.

  7. Geyimlərinizdə toxunma naxışlar varsa, onları ütüləməyin, yaş ikən üzərinə ağır əşya qoyub bir müddət saxlayın.

Buna da baxın

Bu il naxışlı geyimlərin ilidir

Whatsapp ilə PaylaşBu il naxışlı geyimlərin ilidir Bu il naxışlı geyimlərin, sevilərək istifadə edildiyinin yəqin …