Əsas səhifə / Əsas menu / Gözəllik / Toy makiyajı necə olmalıdır?
Bizi mobildən daha sürətli  izləyin

Toy makiyajı necə olmalıdır?

Toy makiyajı necə olmalıdır?

Toy hər bir qadın üçün olduqca özəl hadisədir. Özəl olduğu qədər də təlaşlıdır. Hər bir gənc qız öz toyunda xüsusi, gözəl görünmək istəyər. Saçından tutmuş makiyajına, gəlinlik libasına, çiçək dəstəsinə qədər hər bir şeyin xüsusi və fərqli olmağına çalışır. Sadəcə bir işdə – makiyajda sizə yardımçı ola bilərik. Yaxında evlənəcək xanımlar varsa aranızda, yaxın əyləşin. Bu yazımız məhz sizə ithaf olunur.

Toy makiyajının universal versiyası yoxdu. Sadəcə əsas prinsipə – gedəcəyiniz məkana uyğun makiyaj etmək şərtdir. Belə ki, siz yalnız fərdiliyinizi vurğulmayacaqsınız, həm də toydan xatirə fotolarına da öz damğanızı vuracaqsınız.

Toy makiyajı 2015: KLASSİK

İl boyu aktuallığını itirməyən stil klassikadır. Gözəl və yaddaqalan görünüş üçün neytral makiyajınıza kiçik parıltı əlavə etməyiniz kifayətdir. Üç təmkinli rəngdə mat göz kölgəsi (bu rənglər dərinin tonundan aslıdır) seçin: krem, biskivit və ya açıq çəhrayı. Onları qaşlarınıza qarışdırmamaq üçün bütünlüklə göz qapağınıza çəkin. Sonra isə ondan daha çox tünd olan bozun istənilən çalarında taup əlavə edin. Gözlərinizə eyeliner çəkdikdən sonra mascara ilə kirpiklərinizi yuxarıya doğru qaldırın. Sonluğu isə çəhrayı-şaftalı rəngli ənlik və atlas-qırmızı dodaq boyası ilə tamamlayın.

Young beautiful woman

Toy makiyajı 2015: ROMANTİK

Toy ənənəsinin ən yaxşı örnəyi yay mövsümünün toyudur. Mükəmməl yer – nəmli güllərin, ağacların olduğu sakit yaşıl parkdır. Meşə pərisi obrazını yaratmaq üçün sizə işığı əks etdirən effekt verməyən xəfif BB krem və ya mineral toz pudra lazımdır. Əsasə rolu vurğulayıcı oynayır. Onunla almacıq sümüklərini, alını, gözlərin yuxarı kənarlarını və dodaq yan uz hissələrinə “quş” qoymaqla vurğulamaq gərəkdir. Görünütünü “alovlandırmaq” məqsədi ilə gözlərinizə  şampan rənginin krem tonunda və ya çay qumu rəngində göz kölgəsi istifadə edə bilərsiniz. Sonra isə yuxarı və aşağı kirpiklərinizə mascara çəkin. Final toxunuşunu isə dodaqlarınıza onun rəngindən bir az tünd olan çiyələk rəngli dodaq boyası çəkməklə edə bilərsiniz. 2015-ci ilin romantik stildə toy makiyajınız hazırdır.

Beautiful Bride with Flowers in her Hair

Toy makiyajı 2015: QLAMUR

“Toy makiyajı 2015” mövzumuzu qlamur stillə davam etdiririk. Burada gözlərə xüsusilik qatmaq vacibdir, çünki görünüşün əsasını onlar təşkil edir. “Smoky eyes” effekti yaratmaq üçün daha çox qara və bütün rənglərin ən matını istifadə etməlisiniz. Kirpiklərinizi də təbii ki, unutmayın. Çox gözəl gəlin olmaq istəyirsinizsə makiyajınızı şaftalı və ya ərik tonların ənlik, elə həmin rənglərdə də mat dodaq boyası ilə sonlandırın.

Beautiful woman

Toy makiyajı 2015: FANTAZİYA

Əgər siz adi günlərdə parlaq yaşıl və narıcı rənginin tonlarında dodaq boyasını sevmirsinizsə, xüsusi günlərdə individuallığınızı vurğulamaqdan çəkinməyin. Göz kölgəsi və mascaranın düzgün seçimi, fotoşəkillərdə təkcə həyat yoldaşınızın deyil, həmçinin də nəvələrinizin də diqqətini çəkəcək. Əgər sizin qəhvəyi rəngində gözləriniz varsa zümrüd rəngində, mavi rəng gözləriniz varsa tünd mavi və ya xaki rənglərindən, yaşıl gözləriniz varsa fiolet rəngində göz kölgələrindən istifadə edin. Əsas etməli olduğunuz şey – geyinmək, parlaq göz kölgəsindən və rəngli mascaradan istifadə etməyinizdir. Kombini nude dodaq boyası ilə tamamlasanız çox gözəl və fərqli görünüş əldə edərsiniz. Əgər diqqəti dodaqlarınıza çəkmək istəyirsinizsə o zaman mərcan, çəhrayı və klassik  qırmızı dodaq boyalarından istifadə edin.

Beautiful woman with flowers in hair

GƏLİNLƏRİN DİQQƏTİNƏ

Sınaq – əvvəlcədən makiyajınızı, saç düzümünüzü yoxlayın. Hər şeyi son ana saxlamayın.

Seçici olun –Vizajistinizdən tutmuş stilistinizə qədər araşdırma aparın, ən uyğununu seçin. Son anda qərar verməkdən çəkinin.

Eksperimentlərdən qaçın – Saç rənginizi, qaşlarınızın rəngini və formasını son gün dəyişməyin. Bu sizi çıxılmaz vəziyyətə sala bilər.

Beautiful bride

Toy qabağı qaralmaq haqqında unudun – Gəlinlik libası qaralmış dəri ilə heç də gözəl kombin deyil.  Eləcə də qaralma zamanı toy qabağı dərinizdə probləmlər yarana bilər. Bu isə heç də xoşagələn deyil. ( Ancaq bu yenə də sizin zövqünüzdən asılıdır) .

Selfie edin – Toya hazırlıq zamanı çoxlu selfi çəkdirin. Bunu vizajistinizə göstərin ki, qüsurlar varsa düzəltsin.

Buna da baxın

Xalların xaric edilməsi təhlükəlidir!

Whatsapp ilə Paylaş Onkoloqlar melanomanı (dəri xərçəngi) “qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez …