Əsas səhifə / Əsas menu / Sağlamlıq / Toyuğu qətiyyən yumayın!
Bizi mobildən daha sürətli  izləyin

Toyuğu qətiyyən yumayın!

c6fd3966e6c2c408711535909a6d6c2e_k

Toyuğu qətiyyən yumayın!

Son araşdırmalar bişirməmişdən öncə toyuğu yumağın çox yalnış olduğunu meydana çıxarıb.

Bir çox insan bişirməmişdən əvvəl toyuğun yuyulması mövzusunda həmfikirdir. Hər zaman toyuğu bişirməmişdən öncə onu paketindən çıxardıb, suyun altında yuyuruq. Lakin, toyuğu bakteriyalardan təmizləmək üçün edilən bu hərəkət, əslində onların daha da çox ətrafa yayılmasına səbəb olur.

Avropalı ​​tədqiqatçıların açıqlamasına əsasən, xəstəliklərə səbəb olan bakteriyalar, toyuğun yuyulduğu nöqtədən təxminən 1 metr qədər uzağa sıçraya bilir.

Üstəlik bu bakteriyaların toyuqdan təmizlənməsi az qala qeyri-mümkündür. Bu da,  toyuğun yuyulması zamanı, xəstəlik ehtimalının çox daha artması deməkdir.

35e1acb96635981add4ca98d336fbbaa_k

Bəs nə etməliyik?

İlk olaraq, toyuğu yumaq fikrini ağlınızdan çıxardın. Paketindən çıxardığınız toyuğu birbaşa olaraq bişirin. Toyuqda olan bütün bakteriyalar bişən zaman yox olacaq.

Toyuğu bişirmək üçün qabına qoyduqdan sonra isə əlləri sabun və isti su ilə yumaq lazımdır.

Xəstəlik ehtimalını minimuma endirmənin tək yolu budur.

Buna da baxın

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Whatsapp ilə Paylaş Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, …